Guya ki, heç yalan danışmamışıq. Guya ki, heç rəzillik etməmişik. Giya ki, oğurlamamışıq.
Bizi elə mühitdə doğublar ki, nə eləsək bəraəti var. Gəl zamanı kəsib arasına bir az sevgi, bir az nifrət dolduraq. Birlikdə yola çıxaq. Gedək nə bilirik eləyək. Qoy hamı nifrət eləsin, axtarsın, tapmasın, assın, kəssin... Onsuzda bizi, bizim kimi, heç kim itirməyəcək. Onsuzda bizi, bizim qədər kimsə kəsə bilməyəcək. Onsuzda bizim hisslərimiz məhəbbətin nifrətə çevrildiyi yüksəklikdə vurnuxur...
Sonra dəlilikdən qayıdaq zamanı kəsdiyimiz yerə. Qoy kim nə deyir desin. Qoy kim nə edir etsin. Lap bizim nifrətlə sevişdiyimizin, sevgi ilə nifrətləşdiyimizin gizli çəkilişlərini yaysınlar. Qoy hər kəs baxsın.
Baxsınlar və sonra gedib evlərində o cür sevişsinlər. Sevişsinlər və nifrət etsinlər bunu bizim kimi azad bacarmadıqlarına görə. Nifrət eləsinlər və küçələrə tökülüşüb üstümüzə gəlsinlər. Bizə oxşaya bilmədikləri üçün bizi daş-qalaq eləsinlər səhərəcən...
Özümüzü bağladığımız ağac qorxudan öləcək, amma biz yox. Nə qədər çalışsalar da bizi öldürə bilməyəcəklər. Çünki biz səninlə ayrılanda elə öləcəyik ki, heç bir işgəncə dirildə bilməyəcək...
Gəl zamanı kəsək. Arasına bir az sevgi, bir az nifrət, bir az ayrılıq dolduraq. Birlikdə yola çıxaq. Gedək iki əxlaqsızın ilk əxlaqlı məhəbbətinin dalınca...
İki əxlaqsızın ilk əxlaqlı məhəbbəti
Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası
12:00
6 iyun 2025

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?
12:00
2 iyun 2025

Röyanın Kannda nə işi var?
14:30
24 may 2025

Kütlə həmişə kütdür
12:00
11 may 2025

Messi, Ronaldo, yoxsa Lamin Yamal...
10:59
7 may 2025

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...
11:00
27 aprel 2025