Fəhlələr yol ayrıcında görüşdülər

Fəhlələr yol ayrıcında  görüşdülər
1 may 2014
# 12:22

Kulis.Az 1 May nünasibəti ilə Əli Kərimin "Fəhlələr" şeirini təqdim edir.

Fəhlələr yol ayrıcında

görüşdülər;

Sevindilər yamanca…

Sonra hərəsi bir tərəfə

necə gəldi:

Böyrü üstə,

Beli üstə

Tökülüşdülər otlu yamaca.

Sorğu-sual etmədilər:

Hardansan?

Kimsən?

Atanın adı?

Fəhləydilər;

Bu tanıdı,

O tanıdı.

Kimin nəyi vardı, çıxardı:

çörək, kartof, yumurta.

üzrxahsız təbəssüm,

bir də başından içilmiş çaxırdı.

Öturüb boğazdan aşağı,

Tərif demədilər

Bəzilərimiz kimi boğazdan

yuxarı,

Yedilər ləzzətlə -

Baxmadılar bişmişinə, çiyinə.

Hərdən qüvvətli əl qondu

Dünyanın dayağı bir çiyinə.

Söhbətlərində bir iz yoxdu

Nə “sən, sən”dən,

Nə “mən, mən”dən.

Sonra bir-birlərinə

Neft iyi verən “Pamir”

uzatdılar,

Xahişsiz,

Sözsüz,

Səssiz,

Sümürdülər ləzzətlə

Tüstünü,

Neft iyini,

Dincliyi.

Bir də lal dostluğun ətrini.

Ayrıldılar.

Demə ayrı oldular.

Nə onlar qışqırıqçıydı,

(Nə də çəkdim mən zilə),

Sakit-sakit addımladılar

Dünya boyda

Səmimiyyət adlı bir mənzilə.

# 2032 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
# # #