O qadınlar məni necə satdı?

O qadınlar məni necə satdı?
2 noyabr 2016
# 13:32

Dəfələrlə olub. Haqlarını qorumağa çalışdığım qadınlar arxamdan qaçıb məni meydanda tək qoyublar. Ərindən, qayınanasından, müdirindən, avtobus şoferindən müdafiə etdiyim qadınlar məni elə həmin ərə, qayınanaya, müdirə, avtobus şoferinə satıblar. Səbəb qaranlıqdır.

Yaddaşımda belə məzəli, absurd əhvalatlar çoxdur. İndi onları sizinlə bölüşməyə tənbəllik edirəm. Yalnız birini deyəcəm. Ərinin şiddətinə məruz qalan qonşu qadın canını və körpə qızını götürüb tez-tez üstümə qaçardı. Mən qadına tibbi, uşağa psixoloji yardım edər, hüquqi məsləhətlər verər, bir sözlə, insani münasibət göstərərdim. Günlərin bir günü qadının ayağı bizdən kəsildi. Eşitdim ki, əri qadını mənim onların xoşbəxtliyinə qibtə elədiyimə inandırıb. Kişinin məntiqi anlaşılandı. Bəs qadın? Mən onların hansı xoşbəxtliyinə nə üçün qibtə eləməliydim, bilmirəm. Əsl tapmacadı. Bu ölkədə həmcinslərimin məntiqini anlamaq qədər çətin heç nə yoxdu mənimçün.

Bu cür hadisələrlə rastlaşanda heç dəxli olmasa da, rəvayətə görə, İsanın İudaya (Yəhuda) dediyi o sözlər yadıma düşür: "Məni neçə penniyə satdın, İuda?"

Məni bir kənara qoyaq, görəsən, bu qadınlar mənliyini, qürurunu, sağlamlığını, rahatlığını və nəhayət, həyatını neçə penniyə satırlar, nəyə qurban verirlər?

"Qonşu eşidər", "düşmən sevinər, dost xar olar" fikrinə, "anam dərd çəkər", "uşağım atasız qalar" qorxusuna. Amma unudurlar ki, yaralar irinlədikcə məntiqi sonluğa- deşilməyə doğru gedir. Ya qətllə, ya intiharla, ya psixologiyası pozulmuş övladla nəticələnir. Və qonşu daha çox eşidir, dost daha çox xar olur, ana daha çox itirir, övlad daha çox yetim qalır.

Unutmayın ki, həyatınız sizi susmağa vadar edən səbəblərin hamısından qiymətlidir. Canınızın qədrini bilin. Ən azından uşaqlarınız anasız qalmasın deyə.

# 1466 dəfə oxunub

Oxşar xəbərlər

Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
#
#
# # #