Məktəbli qızın vəsiyyəti

Məktəbli qızın vəsiyyəti
13 yanvar 2014
# 11:52

Səhər Əhməd yazır

Bu günlərdə bankların birində işim vardı. İçəri girib növbə götürdüm. Səksən yeddinci adam idim, lövhə isə qırx bir rəqəmini göstərirdi. Bu o deməkdi ki, mənim növbəmə hələ qırx nəfərdən çox vardı.

“Gedim, ya qalım?” sualının ətrafında düşünərək zalla qapı arasında var-gəl edirdim ki, gənc bir oğlan telefonla danışa-danışa yanımdan keçib qapıya üz tutdu. Sonra qəfildən geri dönüb mənə yaxınlaşdı, telefon danışığına ara vermədən əlindəki kağızı uzatdı və üzümə də baxmadan çıxıb getdi.

Hadisə nə qədər sürətlə baş vermişdisə, həmin surətlə də məsələni anladım. Növbəsi yaxınlaşmaqda olan bu oğlana zəng gəlmiş, çox güman ki, təcili getməli olmuşdu. Amma getməzdən qabaq öz növbəsini kiməsə verməyi düşünə bilmişdi.

Belə bir jest şəxsən mənim ağlıma gəlməzdi, odur ki, oğlanın bu hərəkətini çox bəyənmişdim. Gözləməyə səbri, vaxt itirməyə dözümü olmayan biri olaraq kağız parçasını əlimdə xəzinə kimi tutub kassaya yaxınlaşdım, problemi həll etdim. Sonra cibimdən əvvəlki nömrəmi çıxarıb yenicə növbə tutmaq istəyən bir qıza verdim və bankdan çıxdım.

Bu, əslində, çox kiçik, necə deyərlər, mikroskopik bir yaxşılıqdı. Amma düşündüm ki, nə qədər kiçik də olsa yaxşı əməlləri ənənəyə çevirmək lazımdı. Bir uşağın əlindən tutub pilləkən çıxarmaq, bir qocanın qolundan yapışıb yol keçirmək, bir naşıya cani-dildən ünvan başa salmaq, heç tanımadığın birinin üzünə gülümsəmək, təsadüfi bir yol yoldaşının dərdini dinləmək... Bütün bunlar adamdan fədakarlıq tələb etmir, amma qarşı tərəfin əhvalını yüksəldir, insanların bir-birinə inamını artırır.

Bir məktəbli qızın sosial şəbəkələrdə yayılmış sözlərini xatırlayıram. Bir il öncə on altıncı mərtəbədən müəmmalı şəkildə düşüb həyatını itirmiş on üç yaşlı Sunayın o məşhur sözlərini: “Ey insanlar, insanlarla insan kimi davranın”.

Bu, on üç yaşlı uşağın böyüklərə qoyub gedə biləcəyi ən yaxşı mesajdır.

# 4842 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
#
#
# # #