Dahilər və cahillər

Dahilər və cahillər
9 aprel 2014
# 10:24

Bir sürü mentalitet sevəni var bu millətin, bir sıra da mentalitet söyəni. Adam bilmir, hansına inansın.

Çoxlu qafiyəbaz boşboğazları var ədəbiyyatımızın, xeyli də postmodernist pəhləvanları. Onların içində əsl şeirin formulunu tapmaq çətin məsələdi.

Bu ölkənin qocaları olduqca yaşlıdı, cavanları olduqca gənc. Bu utopik qəhrəmanlar arasında körpü olmaq müşkül məsələdi. Çətindi bu ölkədə “keçid dövrü cocuqları” olmaq.

Bu məmləkətin varlıları həddindən artıq varlıdı, kasıbları həddindən artıq kasıb. Məmləkətimizdə ortada dayanmaq cəhənnəm əzabıdı.

Bu millət həmişə bir-birinə tamamilə zidd olan iki qütbdən ibarət olub, məsələn, Sabirin tiplərindən və elə onun özündən. Kefli İskəndərdən və Şeyx Nəsrullahlardan. Haqverdiyevdən və onun “marallar”ından.

Dahilərdən və cahillərdən.

Qəhrəmanlardan və satqınlardan.

Bu xalqın ortaq məxrəcini tapmaq tələb olunur.

# 2567 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
#
#
# # #