Şəkilli evdən xatirə

Şəkilli evdən xatirə
26 fevral 2020
# 12:00

Qarabağ şəhidlərinin müqəddəs xatirəsinə

Darısqallıqdan utana-utana gedib divara dirənən yemək masası ortaya çəkiləndə, divarın bağrından asılmış, amma nədənsə bayaq gözə dəyməyən keçmişə sadiq fotolardan birincisi üzə çıxdı. Çox keçməmiş həmin fotolar televizorun üstündən, servantın içindən, sandıq-divandan çıxarılan albomdan sıçrayıb söhbətə qoşuldular. Bir az da keçmiş həmin fotolardakı adamların cizgiləri nənələrinin ətəyini dartışdıran nəvələrin üzündə də dirildi. Kişilərin xatirəsi də qonaq qarşılayırdı.

Bütün soruşanlara danışa-danışa o məşum günü xərcləyib yaddaşından atmaq istəyənlər çox vaxt eyni cümləni təkrarlayırdılar: “Tanklar atəş açırdılar, kinolardakı kimi...”

Bir azdan üzrxahlığa keçdilər: “Bağışlayın, sizi öz evimizdə qonaq edə bilmirik...”

Görən, dünyada bundan iztirablı alicənablıq varmı?

Barmaqlarını bir-bir albomdakı fotoların üstünə qoyub danışırlar, xatırlayırlar. Şəkillərdən birində əsəbi halda irəli doğru addımlayan kişi, elə bil, fotonun çərçivəsini adlayıb keçir. Onu bir də üç səhifə sonra xəstəxana çarpayısında görürük. Bu albomu ləkəsinə qədər əzbərləyən qadın bilir ki, bir səhifə də çevirsə, onu yenə itirəcək, duruxur, pauza verir...

Sükutu nənənin xırıltılı səsi pozur: “Çıxhaçıxda toyuqlara dən atdım, hinin qapısı açıq qaldı...”

Başa düşmürəm, gözümü döyürəm. Bir azdan, nənəni içəri otağa aparanda astadan pıçıldayırlar: “Arvadın yaddaşı get-gəllidir, arada sübh obaşdan durub hamımızı oyadır ki, hazırlaşın, qayıdırıq...”

Aralığa təzədən sükut çökür. Bir azdan qəribə bir şey baş verir: çayımızı dəyişən gəlinin protez dişləri masaya düşür. Hamı gülməyə başlayır, mən çaşıb qalıram. Sən demə, hər gün olan işdir. Damağından sürüşüb düşən təbəssümü yerinə taxan gəlin gülə-gülə üzrxahlıq edir: “Siz Allah bağışlayın, qardaş, rəhmətlik xalamın protezidir, mənim damağıma tam oturmur, hər gün beləcə düşür, bizə də gülmək üçün bəhanə olur...”

# 3757 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
#
#
# # #