Şairlər qüsurlu insanlardır

Şairlər qüsurlu insanlardır
17 avqust 2012
# 10:09
(Cəlil Cavanşirin xanım həmkarına yazdığı şeiri və o xanımın cavabını oxuyandan sonra taksidə edilən qeydlər)

Əslində şairlər bu dünyanın qüsurlu doğulmuş övladlarıdır. Onlar heç vaxt ətrafdan istədikləri sevgini görməyəcəklər. Başlarına çəkilən butün sığallar təmənnalı və müvəqqəti olacaq. İçəri axıtdıqları göz yaşları içdikləri bütün şərablar kimi başağrısı verəcək.

Haqlarında ən yaxşı sözlər öləndən sonraya saxlanılacaq (ölənin arxasınca pis danışmazlar-minnəti ilə). Çünki o zaman artıq geniş böyük ürəkləri ilə kəmsənin yerini bu dünyada dar etməyəcəklər.

Əslində şairlər heç də Allaha yaxın insanlar deyillər. Onlar sadəcə torpaqdan uzaq insanlardılar. Və onların xoşbəxtliyi məhz bu qüsurla doğulmalarıdır...

Məncə əlilliyin 1-ci, 2-ci, 3-cü dərəcələri olduğu kimi, şairlik dərəcəsi də olmalıdır...

(Yazarın Facebook səhifəsindən götürülüb)
# 1674 dəfə oxunub

Oxşar xəbərlər

Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
# # #