Xalq müdrikliyi

Xalq müdrikliyi
19 iyul 2012
# 12:12
Dəftərçəmdə iki qeyd diqqətimi çəkir. Yadıma düşür ki, bu qeydlər yas mərasimində edilib. Qeydlər bu şəkildədir: böyrək-icra hakimiyyəti və şeytan.

Birinci qeyd çox maraqlı bir hadisə ilə bağlıdır. Böyrək ağrılarından əziyyət çəkən Böyük Vətən Müharibəsi veteranı qeydiyyatda olduğu rayonunun Icra Hakimiyyətinə məktub yazır ki, bu dərd məni əldən saldı, mümkünsə mənə köməklik göstərin.

Bir müddət keçəndən sonra icra hakimiyyətindən cavab məktubu gəlir. Kişi sevinə-sevinə məktubu açır və gözləri kəlləsinə çıxır. Cavab məktubunda bu sözlər yazılmışdı: “Sərəncamımızda torpaq sahəsi olmadığı üçün sizə köməklik göstərə bilməyəcəyik”.

İkinci qeydi ortancıl dayımın söhbətləri əsasında etmişəm.

Dayım Həcc ziyarətinə gedən bir nəfərə sual verir: “O boyda xərc çəkib şeytanı daşlamağa getmişdin?” Müsbət cavab aldıqdan sonra deyir: “Burada o qədər şeytanlar var ki. Pulsuz daşlayardın da”.

Bu söhbətləri niyə yazdım? Deyirəm, bəlkə bizim də bəxtimiz gətirdi, Folklor İnstitutu camaatın etdiyi bu söhbətləri xalq yaradıcılığı, xalq müdrikliyi nümunələri kimi antologiyaya saldı.
# 1694 dəfə oxunub

Oxşar xəbərlər

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
#
#
# # #