Oğlundan Nüsrət Kəsəmənli haqda ürəkparçalayan sözlər - Foto

Nüsrət Kəsəmənli, oğlu Rəşad Kəsəmənli

Nüsrət Kəsəmənli, oğlu Rəşad Kəsəmənli

16 oktyabr 2021
# 10:30

“Atam həmin bu daşın arxasından çıxıb məni qucaqladı”

Bu sözləri öz sosial şəbəkə hesabında mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli yazıb. N. Kəsəmənlinin anım günü münasibəti ilə həmin paylaşımı diqqətinizə çatdırırıq:

“Yəqin ki bu daşı çoxunuz görmüsüz "Filarmoniya"-yanın arxasındakı parkda. Hətta park yenidən abadlaşdırıldıqdan sonra da həmin bu daşı elə demək olar ki əvvəl durduğu yerə qoydular. Uşaqlığımın xatirəsidir. Hər dəfə yanından keçəndə qəribə hisslər keçirirəm. Çünki uşaq vaxtı atam bizi ora tez-tez aparardı dondurma yeməyə. Sonra da bu parkda onunla oynayardıq. Bir dəfə atamla oynayanda onu tapa bilmədim və ağlamağa başladım. Atam həmin bu daşın arxasından çıxıb məni qucaqladı. O qədər sevinmişdim ki. 2003-cü ilin oktyabrın ayının 15-i isə atam həmişəlik "daşın" arxasında gizləndi. Beləliklə də, bu gizlənqaç oyunu mənim məğlubiyyətimlə bitdi. İndi də hər dəfə o parkdan keçəndə atamın daşın arxasından çıxıb mənə sarılacağını gözləyirəm. Sevdiklərinizin hər anını dəyərləndiririn. Bir gün xatirəyə çevriləndə toxunduqları ən ucuz əşyalar belə sizə doğma olacaq amma əvəz etməyəcək.

Səni çox sevirəm Atam. Bir gün axirətdə görüşmək ümidiylə....”

Возможно, это изображение (1 человек и на открытом воздухе)

# 9003 dəfə oxunub

Oxşar xəbərlər

Yeni tamaşa: “Qoca klon tələb olunur”

Yeni tamaşa: “Qoca klon tələb olunur”

10:01 13 oktyabr 2021
# # #