Qazaxıstanın tanınmış rejissoru Milli Dram Teatrında

Qazaxıstanın tanınmış rejissoru Milli Dram Teatrında
15 yanvar 2025
# 15:55

Qazaxıstanın tanınmış rejissoru Fərhad Moldağali Akademik Milli Dram Teatrının qonağı olub. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və bədii rəhbər, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə Fərhad Moldağali ilə görüşüblər.

Kulis.az xəbər verir ki, görüşdə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Rejissor yanvarın 11-də “Şükriyyə”, yanvarın 12-də isə “Əsrə bərabər gün” tamaşalarına baxıb, teatrın truppası ilə yaxından tanış olub.

Görüşdə Fərhad Moldağalinin 2025-ci il ərzində Akademik Milli Dram Teatrında tamaşa hazırlaması ilə bağlı ilkin söhbət aparılıb.

Qeyd edək ki, Fərhad Moldağali 1993-cü ildə Qazaxıstanın Semei vilayətində anadan olub. O, eksperimental və innovativ tamaşaları ilə tanınır. Rejissorun “Kulager” tamaşası Çexov adına Beynəlxalq Teatr Festivalına və MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin IV Teatr Forumunda təqdim olunub və böyük maraqla qarşılanıb. İlyas Jansuqurovun eyniadlı poeması əsasında hazırlanan “Kulager” tamaşası Soundrama janrında qurulub.

“Mamluk” tamaşası isə 2025-ci ilin iyul ayında Çexov adına Beynəlxalq Teatr Festivalında nümayiş olunacaq.

Fərhad Moldağali hazırda Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrının bədii rəhbəridir, Qazaxıstanda StarTDrama teatr laboratoriyasını təsis edib. Bu laboratoriya eksperimental layihələr üzərində işləyir. O, “Darın” Dövlət Gənclər Mükafatı və Abay yubiley medalı kimi nüfuzlu mükafatların laureatıdır.

# 3013 dəfə oxunub

Oxşar xəbərlər

Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

16:30 16 sentyabr 2026
“Balaca səyyah”  tamaşasının məşqləri davam edir

“Balaca səyyah” tamaşasının məşqləri davam edir

14:30 16 sentyabr 2026
“Pullu komediya” tamaşasının məşqləri davam edir

“Pullu komediya” tamaşasının məşqləri davam edir

11:30 15 sentyabr 2026
Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

11:00 14 sentyabr 2026
Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

12:40 9 sentyabr 2026
Yalan təriflər, uydurma rəqəmlər, mədəniyyətə ayrılan "yetim payı" - Azərbaycan teatrı kimlərə əmanətdir?

Yalan təriflər, uydurma rəqəmlər, mədəniyyətə ayrılan "yetim payı" - Azərbaycan teatrı kimlərə əmanətdir?

12:00 9 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər