Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olundu

Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olundu
3 fevral 2026
# 10:18

Azərbaycan Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olunub.

Kulis.az xəbər verir ki, teatrın direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov əlamətdar gün münasibətilə gəncləri təbrik edib.

O, qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Məhz bu sərəncama əsasən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda bu gün təntənəli şəkildə qeyd edilir.

Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə diqqət və qayğısı bütün sahələrdə, o cümlədən, mədəniyyət sahəsində özünü ən yüksək səviyyədə göstərir. Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənclərə öz potensiallarını reallaşdırmaq üçün imkan yaradır. Gənc aktyor və rejissorlar teatrın tanınmış sənətkarlarının qayğısı ilə onlarla çiyin-çiyinə çalışır, müxtəlif uğurlu işlərə imza atırlar.

Uğurlu fəaliyyətlərinə görə Xədicə Novruzlu, Lalə Süleymanova, Nəzrin Abdullayeva, Tural İbrahimov, Elsevər Rəhimov, Kənan Hüseynov, Fərid Qarayev, Elçin Nurəliyev, Əliulla Vəliyev, Muhuma Sahov, Rəbbilə Ələkbər-zadə, Rəvan Səmədov, Xədicə Novruzlu, Əli Nurzadə, Məmməd Məmmədli, Nicat İsgəndərli, Nihad Aslan, Rüfət Əhmədov və “Əsa” Teatrında uğurlu fəaliyyətinə görə Elvin Mirzəyev, Səmayə Qulamzadə mükafatlandırılıb.

Daha sonra Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov ittifaqın təsis etdiyi “Ümid” mükafatını gənclərə təqdim edib. Tural İbrahimov, Gülarə Məmmədova və Fuad Cavadzadə Azərbaycan Teatr Xadimləri İttifaqının “Ümid” mükafatı ilə təltif olunub.

# 1483 dəfə oxunub

Oxşar xəbərlər

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

10:40 19 sentyabr 2026
Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

16:30 16 sentyabr 2026
“Balaca səyyah”  tamaşasının məşqləri davam edir

“Balaca səyyah” tamaşasının məşqləri davam edir

14:30 16 sentyabr 2026
“Pullu komediya” tamaşasının məşqləri davam edir

“Pullu komediya” tamaşasının məşqləri davam edir

11:30 15 sentyabr 2026
Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

11:00 14 sentyabr 2026
Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

12:40 9 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər