Gənc Tamaşaçılar Teatrı Novorossiysk şəhərinə festivala yola düşür

Gənc Tamaşaçılar Teatrı Novorossiysk şəhərinə festivala yola düşür
16 sentyabr 2024
# 14:44

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskinfin “Kontrabas” tamaşası ilə Rusiyanın Novorossiysk şəhərinə festivala yola düşür.

Kulis.az xəbər verir ki, "Teatr limanı" adlı 6-cı beynəlxalq festival 19-20 sentyabr tarixlərində baş tutacaq.

Sentyabrın 23-də Novorossiysk Dövlət Dram Teatrında nümayiş olunacaq səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti İrina Perlova, baş rol ifaçısı Əməkdar artist Şövqü Hüseynovdur.

Qocaman səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, daha doğrusu, onun həyatda baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi kontrabasdır. Qəhrəmanımızın sevgilisi ilə dialoqu kontrabasla dialoq əvəz edir. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan birinci növbədə özü-özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.

# 2288 dəfə oxunub

Oxşar xəbərlər

“7 Ruh: Cənnətə”  adlı tamaşa nümayiş olundu

“7 Ruh: Cənnətə” adlı tamaşa nümayiş olundu

12:52 27 may 2026
“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

13:46 26 may 2026
Uşaqların Müdafiəsi Günü yeni tamaşa: “Sehrli yaylıq”

Uşaqların Müdafiəsi Günü yeni tamaşa: “Sehrli yaylıq”

15:03 25 may 2026
Qılınc əvəzinə yaba sapı, qraf əvəzinə Kəbirlinski – Səs-küylü premyeranın pərdəarxası

Qılınc əvəzinə yaba sapı, qraf əvəzinə Kəbirlinski – Səs-küylü premyeranın pərdəarxası

12:00 25 may 2026
Milli Teatrda "Payız sonatası"  hazırlanır

Milli Teatrda "Payız sonatası" hazırlanır

16:01 23 may 2026
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək

16:01 21 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər