“Ayı” adlı tamaşanın məşqlərinə başlanıldı

“Ayı” adlı tamaşanın məşqlərinə başlanıldı
19 yanvar 2026
# 11:20

Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavloviç Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin I kurs tələbəsi Samirə Əşrəf, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Səhnə əsərində İncəsənət Universitetinin tələbələri Qriqori Stepanoviç Smirnov (Hüseyn Quluzadə), Yelena İvanovna Popova (Türkel Ələsgər), Anfisa (Nərmin Ağayeva) iştirak edirlər.

Gənc yaşda dul qalan Popovanın yaslı, sakit həyatı qəfildən mərhum ərinin borclu qaldığı Smirnov tərəfindən pozulur. Borcu qaytarmaq üçün Popova və qulluqçu Anfisa çıxış yolu axtarmağa çalışarkən, hadisələrin gedişatı gözlənilməz məcraya yönəlir.

Qeyd edək ki, tamaşa mart ayında Teatr Xadimlər İttifaqında təqdim olunacaq.

# 1049 dəfə oxunub

Oxşar xəbərlər

Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

12:50 29 aprel 2026
"Zəncirlənmiş Prometey"  Milli Dram Teatrının səhnəsində

"Zəncirlənmiş Prometey" Milli Dram Teatrının səhnəsində

10:18 29 aprel 2026
Gənc Tamaşaçılar Teatrı Fevzi Beyazitoğlu Beynəlxalq Teatr Festivalında

Gənc Tamaşaçılar Teatrı Fevzi Beyazitoğlu Beynəlxalq Teatr Festivalında

15:40 28 aprel 2026
Azərbaycanlı müəllifin pyesi Sankt-Peterburqda səhnələşdirildi

Azərbaycanlı müəllifin pyesi Sankt-Peterburqda səhnələşdirildi

13:40 20 aprel 2026
“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

10:40 17 aprel 2026
“Gülüstan”  tamaşasının məşqlərinə başlanıldı

“Gülüstan” tamaşasının məşqlərinə başlanıldı

16:14 16 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər