Məşhurların rədd etdiyi əxlaqsız təkliflər

Məşhurların rədd etdiyi əxlaqsız təkliflər
22 iyul 2014
# 14:40

Kulis.Az məşhurlara edilmiş əxlaqsız təklifləri təqdim edir.

90-cı illərin ən məşhur manekenlərindən olan Klaudiya Şiffer bir milyon sterliqin müqabilində ərəb şahzadəsindən şam yeməyi yemək təklifi alıb. O deyib: “Bu tipli başqa təkliflər də almışdım, amma ən qəribəsi bu ərəb şahzadəsindən gələn təklif idi. Əlbəttə, rədd cavabı verdim. Buna görə də özümlə fəxr edirəm. Xatırladaq ki, Şiffer 2002-ci ildən prodüser Matthew Vaughn ilə evlidir, 12, 9 və 3 yaşında üç uşağı var.

Bu siyahıda İngiltərə vəliəhdi şahzadə Çarlzın oğluyla evlənən Keyt Midltonun bacısı Pippa da var. Bacısı sayəsində məşhurlaşan Pippaya porno film istehsalı ilə məşğul olan Vivid Entertaiment şirkətindən təklif gəlib. Gənc qadına əməkdaşlığa görə, 5 milyon dollar təklif olunub. Əlbəttə bu təklif cavabsız qalıb.

Britni Spirs də əxlaqsız təklif alan müğənnilərdəndir. 2000-ci ildə varlı bir iş adamı onunla bir gecə keçirəcəyi qarşılığında 7,5 milyon dollar təklif edib. Britni təklifi “iyrənc” adlandıraraq rədd edib.

Məşhur Hollivud ulduzu Şarlz Terona isə evlənmə təklifi gəlib. Mətbuat konfransında bir jurnalistin ona evlənmə təklifi etməsi azmış kimi üstəlik yatağın hansı tərəfində yatmağı xoşladığını da soruşub.

Pamela Anderson Las-Veqasda poker oyununda 250 min dollar uduzub. Rik Solomon adlı poker mütəxəssisi bir öpüş qarşılığında borcun silinəcəyini bildirib. Bu əhvalatdan sonra onlar evlənsələr də sonra qalmaqallı şəkildə boşanıblar.

Kelli Bruka Kann festivalında əxlaqsız təklif gəlib. Bir ingilis milyonçusu gecəni onunla keçirəcəyi təqdirdə bir milyon avro təklif edib. Bruk təklifi rədd edib.

Mahnı müsabiqəsində səsinin gözəlliyi ilə diqqət çəkən Susan Boyla əxlaqsız təklif ediblər. 47 yaşlı bakirə Susana 1 milyon sterlinqlik təklifi rədd edib.

Türkiyəli aktrisa İpek Tuzcuoğlu “Baş rol rejissorun yatağından keçir” qaydasının işlədiyini və özünün də çox gənc ikən belə əxlaqsız təklif aldığını söyləyib.

Murat Dalkılıç gecə barda səhnədə ikən ona məktub veriblər. Mahnı sifarişi olduğunu düşünən müğənni məktubu açıb. Orda bu sözlərin yazıldığını görüb: “Beş gecə üçün 3 min dollar, 10 gecə üçün beş min dollar verirəm. Səni çıxışdan götürəcəm” sözlərinin yazıldığını görüb. Kağızı kimin göndərdiyinmi axtararkən, 60 yaşlı bir qadının ona gülümsədiyini görüb. Kağızı qarsonla geri göndərən Muratın başına gələn bu hadisə mediada müzakirə olunub.

# 12093 dəfə oxunub

Oxşar xəbərlər

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

15:00 14 dekabr 2025
BDU-nun ilk azərbaycanlı professoru - Onu niyə şantaj edirdilər?

BDU-nun ilk azərbaycanlı professoru - Onu niyə şantaj edirdilər?

15:00 12 dekabr 2025
Həbs edilən, sürgün olunan, xərçəngdən sağalan Nobel mükafatçısı  - Onun köməkçisi niyə özünü asmışdı?

Həbs edilən, sürgün olunan, xərçəngdən sağalan Nobel mükafatçısı - Onun köməkçisi niyə özünü asmışdı?

15:00 11 dekabr 2025
"Ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı" - Əbdürrəhim bəyi kimlər hədəf almışdı?

"Ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı" - Əbdürrəhim bəyi kimlər hədəf almışdı?

12:00 11 dekabr 2025
6 dəfə həbs olunan “gizli Müsavatın üzvü” - O, sürgündən həyat yoldaşına yolladığı məktubda nə yazmışdı?

6 dəfə həbs olunan “gizli Müsavatın üzvü” - O, sürgündən həyat yoldaşına yolladığı məktubda nə yazmışdı?

12:00 9 dekabr 2025
"Elə bildik ağlayır..." - Bəxtiyar Vahabzadə kimlərə "Zindanlarda çürüyərsiniz" demişdi?

"Elə bildik ağlayır..." - Bəxtiyar Vahabzadə kimlərə "Zindanlarda çürüyərsiniz" demişdi?

10:00 9 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər