Ölülərini tabuta qoyub uçurumdan asanlar - FOTOLAR

Ölülərini tabuta qoyub uçurumdan asanlar - <span style="color:red;">FOTOLAR
22 may 2018
# 17:30

Filippində iqorot qəbiləsi 2 min illik adətini hələ də davam etdirir. Burada yaşlılar öz tabutlarını hazırlayır, sonra isə tabutlar basdırılmaq yerinə uçurumdan asılır.

Filippinin ən qələbəlik və ən böyük Luzon adasındakı Kordillera dağlarının uzaq bir guşəsində, Saqada kəndindəyik. Paytaxt Maniladan 8.5 saat uzaqlıqdakı bu kənddə qədim bir adət hələ də yaşadılır.

İqorot qəbiləsinin 2 min ildir həyata keçirdiyi adətə görə ölülər işləməli tabutlara qoyularaq uçurumun kənarından asılır. İqorotlar ölülərin bu şəkildə əcdadların ruhuna daha yaxın olduqlarını düşünürlər.

Yaşlılar ətrafdakı ağac kötüklərini oyaraq öz tabutlarını hazırlayır, sonra da kənarına adlarını yazırlar. Ölülər tabuta qoyulmadan əvvəl taxtadan hazırlanmış “ölü stul”unda üzərləri yarpaqlarla və ədyalla bağlı bir halda saxlanılır, tüstüyə verilərək çürümələri gecikdirilir. Beləcə ölünün yaxınları bir neçə gün ərzində onu ziyarətə gəlirlər.

Deyilənlərə görə əvvəllər tabutların ölçüsü balaca imiş. Buna görə də ölüləri tabuta ana bətnindəki kimi yerləşdirmək üçün sümüklərini qırırlarmış. Amma indiki tabutlar 2 metr uzunluğunda hazırlanır.

İqorotlar əvvəllər insanın dünyaya gəldiyi formada da bu dünyadan getdiyinə inanırdılar.

Hindqamışı yarpaqlarına sarılan cəsədlər tabuta qoyulmadan əvvəl tabutun dayanması üçün uçurumun divarlarına metal çubuqlar sancılır. Ölünün yaxınları inanırlar ki, ölünün sulanmış cəsədindən üzlərinə su damlasa işləri yaxşı gedəcək. Buna görə də tabutun altında dayanıb gözləyirlər.

Filippində sadəcə iqorotların dəfn mərasimi bu şəkildə keçirilir. Tabutları uçurum divarında saxlamaq adəti qabaqlar Çin və Hindistanın bəzi bölgələrində də tətbiq edilirdi.

Son illər tabutları görmək üçün kəndə gələn turist sayı xeyli artıb. Bu da kənd sakinlərinin dolanışığını yaxşılaşdırıb.

Turistlərə rəhbərlik edən Banqyay adlı kəndli qadın Saqadada belə məzarlıqların sayının azalmasına baxmayaraq bu adətin hələ uzun müddət davam edəcəyini söyləyir.

Banqyay özü də ölümdən sonrakı həyata bu şəkildə keçmək və “turistlərin rəhbərindən onların diqqətini çəkən əşyaya” çevrilmək istədiyini bildirir./ bbc.com/turkce

# 1657 dəfə oxunub

Oxşar xəbərlər

"Heydər Əliyev bir dəfə mənə demədi ki..." - Kamal Abdulla

"Heydər Əliyev bir dəfə mənə demədi ki..." - Kamal Abdulla

15:00 17 iyun 2025
"Evlərində qara divlər oturan bir şəhərdəyəm..." - Türkiyəli şairlər Bakıya niyə gəlmişdi?

"Evlərində qara divlər oturan bir şəhərdəyəm..." - Türkiyəli şairlər Bakıya niyə gəlmişdi?

09:30 13 iyun 2025
"Azneft" binasının sahibi niyə müflis oldu? - Keçmişini məhv edən xanəndə, yaxud bir qalanın sirri

"Azneft" binasının sahibi niyə müflis oldu? - Keçmişini məhv edən xanəndə, yaxud bir qalanın sirri

09:10 11 iyun 2025
"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki..." - O iclasda nə üçün ağlamışdı?

"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki..." - O iclasda nə üçün ağlamışdı?

10:10 9 iyun 2025
Hüseyn Cavid bu əsərini niyə İrəvanda yaşayan dostuna göndərmişdi? - O, cib dəftərində nələr yazmışdı?

Hüseyn Cavid bu əsərini niyə İrəvanda yaşayan dostuna göndərmişdi? - O, cib dəftərində nələr yazmışdı?

09:23 3 iyun 2025
O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı

O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı

09:15 2 iyun 2025
#
#
# # #