Tənhalar üçün 14 fevral resepti

Tənhalar üçün 14 fevral resepti
31 yanvar 2015
# 11:58

İki həftə sonra gələn Sevgililər günündə heç sevgilisi olmayan tənha insanlar nə edəcək?

Dostlarınız aldıqları hədiyyələri sosial şəbəkələrdə paylaşır, olduqları yerləri qeyd edir, bu gün üçün məxsusi alınmış gözəl paltarlarla poz verir, Facebook gül şəkilləri ilə gülüstana çevrilirsə tənhalar nə etməlidir?

Siz bu günü neçə yaşamalısınız?

Əvvəlcə özünüz üçün bir adamlıq parti təşkil edin. Sevgilisiz dostlarınızı da dəvət edə bilərsiniz. Sabaha qədər için, əylənin. Və tez-tez “sevgilim olsaydı bu qədər əylənə bilməzdim” deyin. Deyin ki, dostlarınız da sizə inansın. Narahat olmayın. Onlar inanmağa meyllidirlər. İnsan həmişə düşdüyü vəziyyəti ideal sayır və onu bəhanələndirir.

İnternet vasitəsi ilə özünüzə çiçək ya da hədiyyə də göndərə bilərsiniz. Hədiyyə aldıqda hərhansı bir dostunuza zəng vurun, ona təşəkkür edin. Çalışın, dostunuz da sizin kimi tək olsun. Bu dünyada tənhaları ancaq tənhalar anlayır.

Əlbəttə ki, Facebookdakı dostlarınızı da unutmayın. Hamı sevgilisi ilə şəklini paylaşdığı zaman siz də xora qoşulun. Yazın ki, sevgilisiz ilk Sevgililər Günümdür, heyf ki, sən uzaqdasan... Axşam düşəndə də yazın ki, sənin üçün çox darıxdım... Dostlarınız “like” edib keçəcəklər, kimdi sizdən sevgiliniz haqda soruşan?

Sevgi filmlərindən və eşq mahnılarına yaxın durmayın. Tez-tez 14 fevralın bir kapitalizm oyunu, istehlak yalanı olduğunu deyin. Unutmayın ki, hətta sevgilisi olanlar belə 14 fevralda Çe Qevaradan çox solçu olur.

Bu il 14 fevral şənbə gününə təsadüf edir. Ona görə də bu günü dəyərləndirin. Axşama qədər işləyin, işiniz olmasa belə ofisdə qalın. Çünki şəhər xoşbəxt insanlarla doludur. Bu qəribəliyi soruşan da tapılmaz, amma soruşan olsa deyin ki, mən işimlə sevgiliyəm. Təcrübədə sübut edilmişdir ki, heç kim bu arqumentə qarşı çıxacaq söz tapa bilmir.

Və o gün tez yatın, yuxudan gec qalxın. Qoyun, Facebook Sevgililər gününün qalıqlarından təmizlənsin...

Məqalə müxtəlif internet rrsursları əsasında hazırlanıb.

# 2611 dəfə oxunub

Oxşar xəbərlər

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının  Stalinlə müsahibəsi

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi

10:00 17 sentyabr 2026
Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

15:00 16 sentyabr 2026
"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

10:00 12 sentyabr 2026
Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

12:00 11 sentyabr 2026
"Xatirələrdə yaşayan Əziz Əliyev..."  - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

"Xatirələrdə yaşayan Əziz Əliyev..." - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

10:00 10 sentyabr 2026
Qız məktəbi  açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

Qız məktəbi açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

10:00 1 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər