İlhamənin dost jesti

İlhamənin dost jesti
29 fevral 2016
# 15:08

Dostlar var ki, yalnız yeyib-içməkdə, ziyafətdə sənin sağlığına badələr qaldırırlar. Nəyi var səni tərifləyirlər. Amma o yerdə ki, səni təqdim edib, fəxri ad və yaxud xeyirli bir iş üçün irəli çəkmək lazım olar, bax onda susurlar.

2004-cü ildə “Azərbaycantelefilm” yaradıcılıq birliyində Yalçın Rzazadə haqqında sənədli film çəkirdim. Arxiv üçün axtarışlarda bəzi maraqlı materiallara rast gəldim.

1997-ci il Özbəkistan prezidentinin Azərbaycan səfəri münasibətiylə Gülüstan sarayında rəsmi ziyafət verilir. H.Əliyev tədbirdən sonra incəsənət adamlarıyla görüş keçirir. H.Əliyev görüşdə Həsənağa Qurbanovla zarafat edəndən sonra “Dan ulduzu” ansamblı haqqında danışır və çıxışında bildirir ki, əvvəllər hamınız cavanıydız, indi isə hamını Xalq artistisiz, məşhursuz.

Bu zaman mühafizəçiləri dirsəyi ilə itələyərək İlhamə Quliyeva qabağa çıxır: “Cənab prezident, Siz deyirsiz hamınız Xalq artistisiz, amma Yalçın Rzazadə hələdə o adı almayıb.” H.Əliyev təəssüflə: “Yalçın yaxına gəl. Sən hələ Xalq artisti deyilsən ? Bəs mən sənə 1977-ci ildə nə ad vermişdim?” – deyir.

Həmin gün Yalçın Xalq artisti fəxri adını aldı.

Bu sadəcə İlhamənin dostlarına qarşı diqqətiydi.

Həyat anlardan ibarətdir. Əslinə qalsa mənim onun hərəkətlərindən heç xoşum gəlməzdi. Arada onun Sovet vaxtı yazdırdığı mahnılara isə sevə-sevə qulaq asardım. Ümumilikdə isə onu tərifləməkdən uzağam. Amma və lakin onun dostlarına qarşı diqqəti təqdirəlayiq idi.

# 1611 dəfə oxunub

Oxşar xəbərlər

Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

18:04 25 iyul 2025
İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

15:00 22 iyul 2025
"20 dəqiqəlik son görüş, 18 dollar və soyuqdan donan qızlar..." - Rəsulzadə son nəfəsində nə demişdi?

"20 dəqiqəlik son görüş, 18 dollar və soyuqdan donan qızlar..." - Rəsulzadə son nəfəsində nə demişdi?

12:00 20 iyul 2025
O olmasaydı, Cümhuriyyət də olmazdı - Ermənilərin qətlə yetirdiyi böyük azərbaycanlı

O olmasaydı, Cümhuriyyət də olmazdı - Ermənilərin qətlə yetirdiyi böyük azərbaycanlı

15:00 19 iyul 2025
Bir-birinə xəyanət edən ər-arvadın sevgisi

Bir-birinə xəyanət edən ər-arvadın sevgisi

10:20 23 iyun 2025
"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

09:50 20 iyun 2025
# # #