Ömər Xəyyam hansı riyazi simvolu kəşf edib?

Ömər Xəyyam, şair

Ömər Xəyyam, şair

17 avqust 2022
# 17:00

Kulis.az riyaziyyatdakı “x” simvolunun yaranma tarixçəsini təqdim edir.

Ərəb dilində “şey “ sözü təkdədir. Sözün cəm forması “əşya”dır . Bizim işlətdiyimiz “əşya” sözü, əslində, ərəbcə “şeylər” deməkdir. Eynilə, haqq sözü təkdə, hüquq sözü isə “hüquqlar” mənasında cəmdədir.

Amin Maalufun “Səmərqənd” romanında belə bir əhvalatdan bəhs olunur:

Ömər Xəyyama deyirdilər ki, sən dahisənsə, niyə rübailərlə vaxt itirirsən? Sənə bütün bu savadı verən müəllimlər kitab yazmadan ölüblər, sən onların etdiyini etmə, bildiklərini yaz. Ömər Xəyyam da deyir ki, “Elm kitabları bir-birini təkzib etməyə davam edəcək və mən gülünc vəziyyətə düşmüş olacağam. Amma əsrlər boyu şeir, rübai dəyişilməz qalır”.

Lakin Ömər Xəyyam tezliklə naməlum tənliklər haqqında kitab yazır. Həmin kitabında naməlum tənlikdəki “naməlum”a ərəbcə “şey” adını verir. Sonralar kitab ispanların əlinə keçəndə onu “xay”a çevirirlər. Zaman keçdikcə “ay” atılır, ortada yalnız “x” qalır. Daha sonra bildiyimiz “x” bütün riyaziyyatda naməlum simvolu kimi istifadə olunur.

Romanda hadisə oxucuya bu tərzdə çatdırılır:

“Əslində, Ömər güzəştə getməyi, minnət qoymağı bilirdi, belə deyək, şərabına su qatırdı. Sonrakı aylarda o, kvadrat tənliklərdən bəhs edən çox ciddi bir əsər yazmağa başladı. Bu cəbri əsərdə Xəyyam naməlum ədədi bildirmək üçün ərəbcə “şey” terminindən istifadə etmişdir; İspanların elmi əsərlərində “xay” kimi yer alan bu söz zaman keçdikcə qısaldılaraq yalnız ilk hərfinə çevrilmiş, sonra isə bütün dünyada naməlum rəqəmin simvoluna çevrilmişdir”.

(Amin Maaluf, Səmərqənd)

# 8655 dəfə oxunub

Oxşar xəbərlər

"Bu məhkəmə zalından da zərər çəkib gedirəm…" - İfadəmdə olmayanlar

"Bu məhkəmə zalından da zərər çəkib gedirəm…" - İfadəmdə olmayanlar

15:00 28 aprel 2025
Dinməz-söyləməz! – “İç xəbərin Sərxanı” üçün…

Dinməz-söyləməz! – “İç xəbərin Sərxanı” üçün…

15:55 25 aprel 2025
Mircəfər Bağırovun ölümdən xilas etdiyi şair - İlk sərbəst şeirin müəllifi kimdir?

Mircəfər Bağırovun ölümdən xilas etdiyi şair - İlk sərbəst şeirin müəllifi kimdir?

12:00 25 aprel 2025
43 nəfərin qatili  ilə Nazım Hikməti birləşdirən nə idi?

43 nəfərin qatili ilə Nazım Hikməti birləşdirən nə idi?

09:37 21 aprel 2025
"Ertəsi gün evimizi yoxlamaq üçün komissiya gəldi..." - Nazir qızının xatirələri

"Ertəsi gün evimizi yoxlamaq üçün komissiya gəldi..." - Nazir qızının xatirələri

09:00 12 aprel 2025
Zəngəzurlu mücahidin evində - Dilqəm Əhməd

Zəngəzurlu mücahidin evində - Dilqəm Əhməd

11:00 10 aprel 2025
#
#
# # #