Həkim olmaq istədi, 18 ay daş daşıdı, namaz qıldı – Elçibəy haqda 10 inanılmaz fakt

Həkim olmaq istədi, 18 ay daş daşıdı, namaz qıldı – Elçibəy haqda 10 inanılmaz fakt
24 iyun 2021
# 12:11

Bu gün Azərbaycanın sabiq prezidenti Əblüfəz Elçibəyin doğum günüdür. Kulis.az Azərbaycan tarixində, o cümlədən mədəniyyətimizdə özünəməxsus yeri olan ictimai-siyasi xadim haqqında 10 maraqlı faktı təqdim edir.

Əbülfəz Elçibəy Ordubad rayonunun Kələki kəndi yaxınlığındakı Xəlil düzündə - yaylaqda anadan olub. Atası çoban olub.

***

Anasının ailəsi 1905-ci ildə ermənilərdən qaçıb dağlarda gizlənib, ailələrindən təkcə o xilas olub, neçə gün qar altında qalıb. Hər iki ayağının barmaqlarını o qədər don vurub ki, qadın həyatını qurtarmaq üçün baltanı götürüb barmaqlarını baltalayıb.

No description available.

Uşaqlıq arzusu həkim olmaq olub.

***

Universitetdə təhsil alarkən mahnı oxuyurmuş. Hətta xora da yazılıbmış.

***

Universitetin şərqşünaslıq fakültəsində İslam üzrə mühazirə oxumaq üçün Misirdən Bakıya qayıdanda Azərbaycanlı müəllim kimi öz tələbələrinə rusca mühazirə oxumaq məcburiyyətində qalması ona xoş gəlmir. Buna görə də Azərbaycan dilini ölkənin məktəb və universitetlərində təlim vasitəsi kimi rus dilinin səviyyəsinə qaldırmaq təklifini irəli sürdü. Buna görə Kommunist Partiyasından çıxarıldı, vəzifəsindən azad edildi, antisovet təbliğatı və pantürkizm ittihamlarıyla məhkum edildi. Ona 18 aylıq ağır əmək cəzası verildi: gündəlik tapşırığı daş karxanasında 30 və 35 kiloqramlıq 900 kubiki maşına yükləmək oldu...

1979-cu ildə Elçibəyin toyu olur. Şair Rüstəm Behrudi isə təyinatla Kələki kəndində müəllim işləyirmiş. Behrudi toy gedən gün kirayə qaldığı evdə imiş. Birdən qapı döyülür, Elçibəylə şair Vaqif Bayatlı içəri girirlər. Onlar birlikdə əyləşib çay içirlər. Elçibəyin öz həyətlərində toyu gedir, özü isə şairlərlə qızğın söhbətlər edir.

***

Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Ваyatlı Odərin şerlərini xoşlayıb.

Elçibəy musiqini çox sevib. Ən çox sevdiyi mahnılar isə “Səkinə dayıqızı”, “Ay ana, bu yarım niyə gəlməz oldu”, “Bu qala daşlı qala”, “Sakarya türküsü” olub.

***

Oğlu müsahibəsində bildirir ki, Elçibəy içki içib, lakin heç kim onun ifrat içən adam olduğunu deyə bilməz. Dindar olmayıb. Amma Ramazan ayında oruc tutub, namaz qılıb. Hətta Kələkidəki ev muzeyində Elçibəyə məxsus canamaz da saxlanılır.

Ömründə bir dəfə təntənəli ad günü keçirib. 1999-cu ildə. Sonra məlum olub ki, bu, özünə görə deyil, mərhum jurnalist Nəcəf Nəcəfova görədir. Onlar eyni gündə doğulmuşdular və Nəcəf müəllim xəstə olduğu üçün bu, onun sonuncu ad günü ola bilərdi. Elçibəy də onu son ad günündə sevindirməyə çalışmışdı. Doğrudan da belə oldu. Nəcəf müəllim növbəti ad gününü görmədi. Elçibəy isə cəmi bircə ad günü yaşadı. Onu da xəstəliklə çarpışa-çarpışa...

# 12405 dəfə oxunub

Oxşar xəbərlər

"Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı

"Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı

15:00 3 noyabr 2025
Yaşlandıqca zaman niyə sürətlə keçir?  - Araşdırma

Yaşlandıqca zaman niyə sürətlə keçir? - Araşdırma

18:02 27 oktyabr 2025
"Başıma 6 milyon pul qoymuşdular... " - Ermənilər niyə Firidun Şuşinskini küçədə daşa basırdılar?

"Başıma 6 milyon pul qoymuşdular... " - Ermənilər niyə Firidun Şuşinskini küçədə daşa basırdılar?

10:00 25 oktyabr 2025
Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri  - Həcər Atakişiyeva

Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri - Həcər Atakişiyeva

14:15 24 oktyabr 2025
Dilə gətirilməyən Əmin Abid həqiqəti - Niyə onun  adını çəkməyə qorxurdular?

Dilə gətirilməyən Əmin Abid həqiqəti - Niyə onun adını çəkməyə qorxurdular?

13:30 21 oktyabr 2025
Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı  Laslo Krasnahorkai kimdir? - DOSYE

Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Laslo Krasnahorkai kimdir? - DOSYE

17:00 9 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər