Davud Peyğəmbərin hamilə qoyduğu ərli qadın – Ərini öldürüb onu özünə arvad etdi

Davud Peyğəmbərin hamilə qoyduğu ərli qadın – Ərini öldürüb onu özünə arvad etdi
25 avqust 2020
# 13:06

Davud Peyğəmbər və Badsəba adlı qadın arasındakı münasibət kino, heykəltəraşlıq, rəssamlıq və s. incəsənət sahələrinə mövzu olub. Peyğəmbər hökmdar olduğu zaman evli qadınla əlaqəyə girmiş və onu hamilə qoymuşdu. İslam mənbələrinin bu hadisəni inkar etdiyi bildirilir.
Kulis.az Peyğəmbərin Badsəba ilə münasibəti haqqında Tövratda qeyd olunanları təqdim edir.

1. Bir axşam Davud yatağından qalxıb sarayın damında var-gəl edirdi. Damdan baxanda çimən bir qadın gördü. Qadın çox gözəl idi.

2. Davud adam göndərdi ki, qadının kim olduğunu öyrənsin. Ona xəbər gətirdilər: “O, het Uryayın arvadı, Əlyamın qızı Badsəbadır”.

3. Davud onun dalınca adam göndərdi. Qadın gəldi. Davud onunla yaxınlıq etdi. (Onda qadının murdarlıqdan təmizlənmə vaxtı idi.) Sonra qadın evinə qayıtdı.

4. Qadın hamilə qaldı, Davuda xəbər göndərib hamilə olduğunu bildirdi.

5. Davud adam yollayıb Yuaba: “Het Uryayı yanıma göndər”, - dedi...

6. Sonra Uryaya dedi: “Get, evinə dincəl”. Uryay padşahın evindən çıxdı. Padşah onun dalınca sovqat göndərdi.

7. Amma Uryay padşahın qulluqçuları ilə sarayın girişində yatdı, evinə getmədi.

8. Uryayın evə getmədiyini Davuda bildirdilər. Onda Davud Uryaya dedi: “Yoldan gəlməmisən? Nə üçün evinə getmirsən?”

9. Uryay Davuda cavab verdi: "Sandıq, İsrail, Yəhuda çardaqlarda qala-qala, ağam Yuab və hökmdarımın qulları çöl-biyabanda ordugah qurduqları bir vaxt mən necə evimə gedib yeyim, içim, arvadımla yatım? Padşah sağ olsun, canın haqqı, mən belə şey etmərəm!"

10. Davud Uryaya dedi: “Bu gün də burada qal. Sabah səni yola salaram”.

11. Səhər Davud Yuaba məktub yazıb Uryayla göndərdi.

12. Məktubda yazmışdı: “Uryayı ön xəttə, döyüşün ən şiddətli yerinə qoyun, özünüzsə yanından çəkilin. Qoy onu vurub öldürsünlər”.

13. Qasid Davuda dedi: "Onların adamları bizə güc gəldilər, şəhərdən çıxıb üstümüzə həmlə etdilər. Amma biz onları darvazanın ağzına qədər geri qovduq".

14. Oxçular divarın üstündən qullarını oxa tutdular. Qullarından ölənlər oldu. Het Uryay da öldü.

15. Davud qasidə dedi: “Yuaba deyərsən ki, ürəyini sıxmasın. Qılınc gah birini vurur, gah o birisini. Qoy şəhərə qarşı hücumu gücləndirib onu alsın. Bu sözlərlə onu ruhlandır”.

16. Uryayın arvadı ərinin ölüm xəbərini alanda onun üçün yas tutdu.

17. Yas müddəti bitən kimi Davud adam göndərib onu evinə gətizdirdi.

18. O, Davudun arvadı oldu və ona oğul doğdu. Amma Davudun bu əməli Yehovaya çox ağır getdi.

Badsəbanın heykəli
Heykəltəraş: Benjamin Victor

Gallery

Badsəbanın rəsmi
Rəssam: Rembrandt Harmenszoon van Rijn

Gallery

"David and Bathsheba" filmi
Rejissor: Henry King

# 25395 dəfə oxunub

Oxşar xəbərlər

Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

10:34 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər