Yandım, alovlandım hər qəm gecəsi – Abdulla Aripovun şeirləri

Yandım, alovlandım hər qəm gecəsi – Abdulla Aripovun şeirləri
6 iyun 2022
# 17:00

Kulis.az özbək ədəbiyyatının görkəmli nümayəndəsi, Özbəkistanın Xalq Şairi və Özbəkistan himninin müəllifi, tanınmış ictimai xadim Abdulla Aripovun şeirlərini Rəhmət Babacanın tərcüməsində təqdim edir.

* * *
Nəğmələr oxudu o yara sərxoş,
Şeirlər söylədi sevgiyə dair.
Hamını güldürdü, o qız da xoş-xoş
Təbəssüm eylədi: “Eh, sən də şair..!”

Nəğmələr oxudu o yara sərxoş,
Ah dolu, vah dolu sevgiyə dair.
Ağlatdı hamını, o qız da xoş-xoş
Təbəssüm eylədi: “Eh, sən də şair..!”

Nəğmələr oxudu o yara sərxoş,
Nə güldü, nə bir damla göz yaşı tökdü.
Oxudu qürurla, qız isə naxoş
Başın yerə dikib yanından ötdü.

***
Bir məktub yazmadım,
Xəbər vermədim,
Halın soruşmadım onun mən nadan.
Görən halı necə indi anamın,
Bəlkə gözü yolda, durub nigaran.
Düşündü elə hey: “Oğlum yazdımı?”
Unudub özünü məni gözlədi.
Öz isti yerimdə mən nadan isə
Gələcək nəsilə yazıram indi.

Deyir: məktub yazarmı oğlum?
O məni gözləyir özün unudub.
Narahat çəkmədən, mən nadan isə
Nəsillərə yazıram məktub.

* * *
Yandım, alovlandım hər qəm gecəsi
Beləcə səssizcə yanıb qovruldum.
Çökəndə axşamın hüznü, qüssəsi
Munis baxaışların həyanım oldu.
Hər dəfə baxışlar görüşdü səssiz,
Mənsə söz deməyə qorxdum, çəkindim.
Belə yaşamaq da ötüşdü vecsiz,
O bir cüt qara göz xatirə indi.

Anama məktub

Ana, geri qayıtmaq istəyirəm,
geri, sənin yanına.
Ürəyimdə saysız dərdlər,
bir də soyuq otağım, saatın çıq-çıqı.
Çöldə xəzəlli bağlar,
Yağış astadan öz nəğməsini oxuyur.
Bilmirəm, niyə birdənbirə hər şeyi
eyni vaxtda xatırlayıram,
səni anıram,
geri ayıtmaq istəyirəm, ana,
sənin yanına.

Ürəyimi açımmı, danışımmı-
Az-çox elə öyrəndiyim budur.
Xoşbəxt günlərimdə səni heç xatırlamadım,
Yalnız indi, bu hüzünlü vaxtda
Səni görmək istədim.
Səninlə bölüşmək istədim
Xəyallarımı, kədərlərimi,
Ağayaraq-gülərək demək istədim,
Demək istədim ki, adamların qiymətini
Bərabər olanda bilə bilmirik.

Yalnız yıxılanda,
Yalnız bir qəlbi yaxanda
anlarıq.
İnsanın zatı beləymiş.
Hərçənd anlamıram bu həqiqəti.
Sən isə anasan axı.
Məktubuma hirslənmə,
İndi yalnız doğrunu yazıram sənə,
Bağışla, xoşbəxt vaxtlarımda
Sən düşmürsən yadıma.

Amma heç nə elə belə deyil,
Hər şeri zamanı gəlincə xatırlanır, heyhat!
Yəni heç vaxt anamız kimi
Başımızı sığallamaz həyat.


# 3977 dəfə oxunub

Oxşar xəbərlər

Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

15:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər