“Savaşçı”nın ssenaristi Kulis.az-a danışdı: “...axmaqlıq olardı” - EKSKLÜZİV

<b>“Savaşçı”nın ssenaristi Kulis.az-a danışdı:</b> <span style="color:red;">“...axmaqlıq olardı” - EKSKLÜZİV
6 dekabr 2017
# 11:20

Türkiyənin “FOX” telekanalında yayımlanan “Savaşçı” serialının son seriyasında Azərbaycanla bağlı səhnələr yer alıb. Serialın 22-ci bölümündə Azərbaycanın neft layihəsində çalışan 6 mühəndisin terrorçular tərəfindən qaçırılması və Türkiyənin xüsusi təyinatlılarının həmyerlilərimizə yardım etməsi səhnələşdirilib.

“Savaşçı” serialının aktyorları, həmçinin, “Qarabağ”a dəstək məqsədi ilə xoreoqrafiya hazırlayaraq şəkil çəkdiriblər.

Kulis.az “Savaçı” serialının ssenaristərindən Gül Güzelkaya ilə müsahibə edib. Həmin müsahibəni təqdim edirik.

- Serialda Azərbaycanla bağlı ssenari yazmaq ideyası necə yarandı?

- Ortaq tariximiz və mədəniyyətimizin olduğunu düşünəndə, Azərbaycan mövzusuna baş vurmamağımız axmaqlıq olardı. İllərlə hərbi mənada əlaqələr qurduğumuz, bir çox beynəlxalq problemlərdə ortaq həll axtarmağımız, bunun üçün etdiyimiz cəhdlər ortadadır. Türkiyə və Azərbaycanın ortaq hərbi əməliyyat etməsi qaçılmazdır.

- Bu fikir nə zaman yarandı?

- 2016-cı ilin avqust ayında. “Savaşçı” serialının layihəsi üzərində işlədiyimiz vaxt Azərbaycan silahlı qüvvələri ilə ortaq hərbi əməliyyat fikrini də müzakirə etdik. Buna uyğun bir süjet planlayaraq, hazırlıqlara başladıq. Yəni hələ “Savaşçı” serialının növbəti bölümlərini müzakirə edərkən, bu fikir ortaya çıxdı.

- Serialda türk əsgərlərinin Azərbaycan bayrağını qoluna vurması bizim üçün qürurverici oldu. Bu səhnəylə nə mesaj vermək istədiniz?

- Türk əsgərinin Azərbaycan bayrağını qoluna vurmasından təbii heç nə ola bilməz. Çünki Azərbaycan bayrağı bizim də bayrağımızdır. Hər zaman deyildiyi kimi, biz iki dövlət, bir millətik. Türkiyə və Azərbaycan dost deyil, qardaşdı. Bunu serialın bir bölümündə vurğuladıq və yenə də vurğulamağa davam edəcəyik.

- “Qarabağ”ın “Atletiko Madrid”lə oyunu zamanı azərkeşlərin xoreoqrafiyası Türkiyədə gündəm olmuşdu. Bir türk jurnalistin xoreoqrafiyanı ələ salmağı Azərbaycanda çoxlarını qıcıqlandırmışdı. “Savaşçı” serialından bu mövzuya da dəstək gəldi. Aktyorlar eyni xoreoqrafiyanı əllərində tutub şəkil çəkdirdilər. Bu yalnızca üzrxahlıq idi, yoxsa “Qarabağ”a olan sevgi?

- Biz sonuna qədər “Qarabağ”ı dəstəkləyirik. Futbolda sərgilənən o xoreoqrafiyanı aşağılayanların əslində özlərinin gülünc durumda olduqlarını göstərmək üçün dəstək verdik və o səhnəylə reaksiyamızı bildirdik. Çox doğru reaksiya verdiyimizi düşünürük. İnsanlar nəyisə tənqid edəndə əvvəlcə ürəklərindəki tərəziyə qoyub ölçməli, ondan sonra fikirlərini bildirməlidirlər. Azərbaycanın Qarabağ uğrunda verdiyi mübarizəni bilməyən bunun nə demək olduğunu anlamaz. Axan qanı, şəhidləri bilməyən, Mübariz İbrahimovu tanımayan bunu anlamaz. Biz hər dəfə bunu başa salmağa çalışdıq.

- Serialda Azərbaycanla bağlı səhnələrə azərbaycanlıların münasibəti məlumdur. Bəs Türkiyə izləyicisi necə reaksiya verdi?

- Təbii ki, çox gözəl, müsbət reaksiyalar aldıq və hələ də o reaksiyalar davam edir. İzləyicimiz işlədiyimiz mövzulardakı həssaslığın, ciddiliyin fərqindədir. Nəticədə eyni duyğuda birləşirik: siz və biz. Qardaşıq və qardaş olmağa davam edəcəyik.

- Azərbaycanla bağlı daha hansı fikirlər serialda öz əksini tapacaq?

- “Savaşçı”nın növbəti bölümlərində yenə Azərbaycanla bağlı hissələr olacaq.

- Bizi nə kimi səhnələr gözləyir?

- Azərbaycanlı aktyorlarla Azərbaycanda baş verən bir hadisəni işləyəcəyik. Səhnə detalları sürpriz qalsın.

# 1747 dəfə oxunub

Oxşar xəbərlər

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

15:00 30 aprel 2024
Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
# # #