Məmməd Səfa: “Başqa xalqın aktyorları bizimkilərdən yalnız xarici dili bilməklə üstün ola bilərlər”

Məmməd Səfa: “Başqa xalqın aktyorları bizimkilərdən yalnız xarici dili bilməklə üstün ola bilərlər”
30 oktyabr 2015
# 14:36

Əməkdar artist Məmməd Səfa APA TV-nin “Üç dama” verilişinin qonağı olub. Kulis verilişi təqdim edir.


“Azərbaycan tamaşaçısı hara, hansı teatra getdiyinin fərqində olmalıdır. Bütün səhnələrdə tamaşaçının da böyük rolu var. Amma şəxsən mən, mənim üçün gələn tamaşaçıya biganə qala bilmərəm. “Yuğ” teatrının digərlərindən fərqi odur ki, tamaşa çox qısa məsafədən nümayiş olunur. Və aktyorun özünü düzəltməyə, rahatlaşmağa və nələrisə gizlətməyə imkanı olmur. Bu isə aktyordan böyük məsuliyyət tələb edir. Elə bu səbəbdən də aktyor tək ifasına deyil, tamaşaçıya görə də məsuliyyət daşıyır”.

Qonaq Azərbaycan aktyorları ilə xarici aktyorları müqayisə edib. Məmməd Səfa deyib ki, başqa xalqın aktyorları bizimkilərdən yalnız xarici dili bilməklə üstün ola bilərlər. Əməkdar artist həmçinin Azərbaycan kino və teatr sahəsinin imkanlarından danışıb: “Mən çox istərdim ki, bir filmin çəkilişi bitən kimi dərhal digəri başlasın, bir tamaşadan çıxıb, o birinə başlayasan. Aktyoru yalnız bu püxtələşdirir. Amma biz heç bir xarici ölkənin bu sahədə gedən inkişafından geri qalmırıq. İstənilən xarici aktyorlarla birgə işləmək gücü Azərbaycan aktyorlarında da var. Qarşıda görülən yalnız dil problemi ola bilər. Müəyyən məqamda isə biz lap irəli də gedə bilərik”.

Əməkdar artistin ən maraqlı açıqlamalarından biri də qadınlara həsr olunub. Məmməd Səfa əks cinsə bəslədiyi fərqli münasibətindən danışıb...

“Aktyor sənəti bütün peşələrin şahıdır. Allaha ən yaxın adamlar məhz aktyorlardır”- bu sözləri isə əməkdar artist sənətindən danışarkən deyib. Onun bu mövzuda da fərqli yanaşması olub.

Məmməd Səfa dünyadan köçən aktyorlardan danışıb. Deyib ki, dünyasını dəyişən insanlar haqda onun öz müəllimi olan, mərhum xalq artisti Yusif Vəliyev kimi düşünə bilmir. Yusif Vəliyevin necə düşünməsinə gəlincə, aktyor bu barədə deyib ki...

Qonağımız mərhum Tofiq Tağızadənin “Köpək” filmindən də söz açıb. Məlum olub ki, 1994-cü ildə çəkilən bu film ekran həyatı görməyib və aktyorun ilk zəhməti qiymətləndirilməmiş qalıb: “Hansı aktyor istəyər ki, çəkildiyi film tamaşaçılar tərəfindən izlənilməsin? Təsəvvür edin ki, ilk dəfə filmə çəkilən aktyor üçün bu, nə deməkdir? “Köpək” filmi mənim ilk təcrübəm, ilk zəhmətin idi kinoda. Onun yayımlanmasını çox gözləyirdim. Amma hər filmin də öz qisməti var...”

Həmsöhbətimiz aktyoru sındıra və usandıra biləcək səbəblərdən söz açıb. Bəs Məmməd Səfanı bu günə qədər kimlər və nə səbəbdən incidib?

Veriliş zamanı tez-tez Allahın adını çəkən və ona sığındığını dilə gətirən aktyor bu məsələdən də yan keçməyib: “Allah hər yerdə var və biz bunu özümüzdən uydurub demirik. Bu, bizim böyüklərimizdən gəlir. Mən inanmıram ki, kiminsə qəlbində Allah sevgisi olmasın. Nə gözəl ki, bizim söykənəcəyimiz uca Tanrı var və o həm də bizim içimizdədir”.

Verilişin davamında qonağımız uşaqlığından da danışıb. O, necə uşaq olduğunu, hansı arzularla yaşadığını dilə gətirib. Hələ məktəbli ikən balaca Məmmədi kimlər incidib və onun gələcəyinə inanmayıblar?

Qonağımız etiraf edib ki, o, aktyorluqla yanaşı fiziki işi də sevir: “Mən asanlıqla ağac əkə və yer belləyə bilərəm. Bu işləri çox sevirəm”.

Əməkdar artist seriallara çəkilməməyinin səbəbini də izah edib: “Bizdə serial münasibəti, mədəniyyəti və orada işləmək vəziyyəti çətin durumdadır. Mən bir filmdə görülə biləcək nə qədər iş varsa, hər birinin öhdəsindən gələrəm. Amma serial məsələsində fərqli yanaşmam var, mən onun məsuliyyətini üzərimə götürə bilmərəm və özümdə o gücü hiss etmirəm”.

Söhbəti tam olaraq "Üç dama" da izləyin.

# 2366 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər