"Xalq Əmanəti" layihəsində Xəlil Rzanın əsərləri çap olundu FOTO

"Xalq Əmanəti" layihəsində Xəlil Rzanın əsərləri çap olundu <span style="color:red;">FOTO
27 dekabr 2014
# 12:57

Dekabrın 26-da "Xalq" Bankın baş ofisində Xəlil Rzanın “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan seçilmiş əsərlərinin təqdimat mərasimi keçirilib.


APA-nın məlumatına görə, təqdimat mərasimində şairin ailə üzvləri, millət vəkilləri, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edib.

Millət vəkili Nizami Cəfərov, akademik Teymur Kərimli, xalq şairi Zəlimxan Yaqub və başqaları Xəlil Rzanın həyat və yaradıcılığı haqqında çıxış edib, onu XX əsr Azərbaycan poeziyasının böyük şairi kimi dəyərləndiriblər.

Qeyd olunub ki, Xəlil Rza Ulutürk bədii-fəlsəfi fikir tariximizə təkcə şair kimi deyil, həm də alim, tərcüməçi, publisist və salnaməçi kimi daxil olub. 36 bədii, 15 tərcümə, 13 elmi, 7 memuar kitabının müəllifi olan Xəlil Rza Ulutürkün bədii-publisistik, elmi-fəlsəfi irsinə həsr olunmuş 9 kitab nəşr edilib.

Topluda şairin müxtəlif illərdə qələmə aldığı seçilmiş əsərləri və ədəbi tərcümələri yer alıb.

Əsası 2010-cu ildə qoyulan “Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq rəssamları – Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin yer aldığı bədii albomlar nəşr olunub və sənətkarların rəsmlərindən ibarət sərgilər təşkil edilib. Xalq şairləri Məmməd Arazın, Hüseyn Arifin və Mikayıl Müşfiqin seçilmiş əsərləri çap edilib.

Layihənin rəhbəri Rafiq Həşimov, tərtibçisi və redaktoru Yusif Günaydın, məsləhətçisi Firəngiz Ulutürk, layihənin redaktoru Səlim Babullaoğludur.

# 2190 dəfə oxunub

Oxşar xəbərlər

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər