İkimizin yerinə yaşayıram... - Rəhman Əlizadənin ölümünə nəğmə

İkimizin yerinə yaşayıram... - <span style="color:red;">Rəhman Əlizadənin ölümünə nəğmə
18 dekabr 2017
# 12:41

Kulis.az A.Şaiq adına Kukla Teatrının aktrisası Cəmilə Allahverdiyevanın mərhum rejissor Rəhman Əlizadəyə həsr etdiyi yazını təqdim edir.

Rəhman Əlizadəyə – 1791 günün nağılına dair həzin nəğmə...

Bu gün 19 dekabrdır!

Bu gün “böyük insanlıq”, “teatr” bayramımdır!

Bu gün “yoxluğundan”,-

Bu 19 dekabra 1791 gün saydım!

...1791 gündür həm də

Ən təsirli kəlmələri tapıb-itirməkdən,

İtirib, ilim-ilim axtarmaqdan,

ilahi məqamlara çatıb,

göy üzündə qanad çalıb,

uçub, uçub...

sonra da

üz üstə yerə düşməkdən, çirpilmaqdan

Bezdim!

Yoruldum!

Budur,

oturub Sənə növbəti

Qürurlu,

Məğrur

“Nağılımı” yazıram...

Bəlkə də,

Həyata və yaşamağa dair sayıqlayıram!..

nə etməli,

Mən də bu sayaq toxtaq tapıram...

Saylar artıqca artır,

“ordan” baxarsam, əksinə

Azalır deyə düşünmək rahatlaşdırır adamı...

Və bu,-

“Gün sayımı”

hesab-kitabını apardığım tək dünyəvi məsələmdir.

Çünki “var olduğum qədər”

“yoxluğumun fərqində” yaşayıram lap çoxdandır.

Çoxdandır,-

“Əqidəmin bürüncəyindən” boylanıram

Bu dünyaya, bu cahana!..

Bilirsən,-

...1791 gündür mən həm də təqibdəyəm!

Ya da

sürüklənirəm qolubağli, qeyri-iradi

olduqca məyus, məsum,

ağız-burnunun suyu bir-birinə qarışmış,

hara,

hansı səmtə gedəcəyini şaşırmış

balaca bir qızın arxasınca!

...1791 gündür

Tanıdığım,

fəqət, tanıya bilmədiyim

balaca bir qız dolaşır gözlərimin aynasında,

gözlərimin gördüyü,

görə bilmədiyi döngələrdə, hər yerdə!...

...Bir az özümdən söhbət açım?!

Bu 1791 gündə nə etdiyimdən,

Sərsəri vücudumla “ruhumun” keşiyini çəkməyimdən,

Hansı bir arzumun, xəyalımın, acizanə diləklərimin arxasınca sürünməyimdən...

Yenidən və çox güman həmişəlik mütaliəyə başlamışam...

Mənim üçün “miras” qoyduğun “Pyeslər”in, “Şeir.Nəsr.Deyimlər”in...

Kitab adları, dahi müəlliflər, onların əsərləri,..

Fellini, Tarkovski, Berqman filmləri təsiri altında “ədəbi-həyati-incəsənət” aləmində qurdalanıram, baş qatıram...

Qulaqbatırıcı yalqızlığımda yaşlanıram, hələlik...

Əslində əhvalımı, düşüncələrimi Səninlə bölüşürəm...

Sadəcə,

səsin gəlmir...

Və mən,-

Ikimizin yerinə düşünməkdən, danışmaqdan, mübahisə edib razılaşmaqdan,

gülümsəməkdən, xatırlamaqdan,..

gözlərim ağarıncayadək göy üzünə dikilməkdən,..

təbii sonunda ağlamaqdan

yorulmaq yox,

bezmək yox,

sadəcə qorxuram!..

Qorxu demişkən, məncə

insan övladının haqqı yoxdur təbiət işinə qarışmağa...

Küləyinə, yağışına, çovğununa

ağız büzüb, gileylənib, sitəm yağdırmağa...

Fəqət,

...1791 gündür “torpağa bağlanmışam”,

Üst-başı torpaq olmuşam!..

Təbiət işinə qarışmışam...

Küləyinin şiddətindən, qar kimi buz nəfəsindən, titrəməkdən

qorxub, karıxıb

qaxac olmuşam!..

Torpaqdakı “can” mən olmuşam!..

Amma 1791 gündən sonra anlamışam

bu gün 19 dekabr,-

“böyük insanlıq”, “teatr” bayramımdır!..

Böyük insan, günün mübarək!..

Günüm mübarək, böyük insan!..

# 2107 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər