Kann Festivalının əsas qalibləri kimdir? – ARAŞDIRMA

Kann Festivalının əsas qalibləri kimdir? – <span style="color:red;">ARAŞDIRMA
30 may 2017
# 14:17

70-ci Kann Festivalının qalibləri müəyyən olundu. Festivalın əsas mükafatı “Qızıl palma budağı”nın sahibi İsveç rejissoru Ruben Estlund, Qran-Pri mükafatının sahibi isə Fransa rejissoru Roben Kampillo olub.

Ruben Estlund “Qızıl palma budağı”nı “Kvadrat” filminə görə alıb.

Ruben Estlund bu tammetrajlı filmləri ilə məşhurdur: “Gitara-monqoloid”, “Könüllü-məcburi”, “Oyun” və “Fors-major”.

Ruben 13 aprel 1974-cü ildə Goteburq kommunasının Stüsö adasında anadan olub. 90-cı illərdə xizəkçilər haqqında filmlər çəkib, 2001-ci ildə isə Goteborqda kino məktəbini bitirib. Erik Hemmendorffla birlikdə Plattform Produktion adlı prodüser şirkətini yaradıb, sonradan bu şirkət onun filmlərinin prodüserliyini edib.

Onun “Bankda hadisə” adlı qısametrajlı filmi 2011-ci ildə Berlin kinofestivalında ən yaxşı qısametrajlı film nominasiyasında Qızıl ayı mükafatını, Tampere kinofestivalında isə Qran-Pri mükafatını qazanıb.

Ruben Estlundun “Kvadrat” filmi 70-ci Kann festivalında Qızıl palma budağını qazanıb.

Filmin süjeti: Kristian müasir incəsənət muzeyində kurator işləyir. O, boşanıb, iki qızı var, özü böyüdür. Bir dəfə Kristianın telefonunu və pul qabını oğurlayırlar. Telefonunu xüsusi tətbiqlə izləyən Kristian dostu ilə birlikdə Stokholmun yoxsul rayonuna yollanır. O, poçt qutularına “Mən bilirəm ki, sən mobil telefonumu və pul qabımı oğurlamısan” adlı qeyd yapışdırır və onu hara qaytarmaq lazım olduğunu bildirir. O, əşyalarının qayıdacağına inanmır və bundan sonra nə olacağını ehtimal etmir. Bundan sonra onu maraqlı hadisələr gözləyir.

Festivalın Qran-Pri mükafatını isə “Dəqiqədə 120 zərbə” filminə görə fransız rejissor Roben Kampillo qazanıb.

Roben Kampillo 1962-ci ildə Mərakeşin Şimal-Qərbində yerləşən liman şəhəri Məhəmmədiyyədə anadan olub.

Milliyətcə fransız olan rejissor məktəbi bitirəndən sonra 1980-ci illərdə Parisdə Ali Kinematoqrafiya İnstitutunda (İDHEC, indiki “La femis”) oxuyub. Burda özünün gələcək dostu və məsləkdaşı Loran Kante ilə tanış olub. Elə o illərdə də kino ilə məşğul olmağa başlayıb. Karyerasına əvvəlcə montajçı kimi başlayan Kampillo daha sonra ssenarist və rejissor kimi çalışıb.

Ssenarist kimi Loran Kante ilə birlikdə “Taym-aut” (2001), “Cənubda” (2005), “Sinif” (2008) filmlərində çalışıb. “Sinif” filmi 61-ci Kann festivalında “Qızıl palma budağı” və ən yaxşı ssenariyə görə Sezar mükafatını qazanıb.

Kampillonun rejissor kimi debüt işi “Kabus” filmidir. 2004-cü ildə çəkilən filmin ssenarisi də ona məxsusdur.

Kampillo 2013-cü ildə ikinci filmi “Şərqli oğlan”ı çəkib. 70-ci Venesiya kinofestivalında iştirak edən film “Horizontlar” proqramı çərçivəsində ən yaxşı filmə görə əsas mükafat alıb. Bundan başqa “Şərqli oğlan” 2015-ci il Sezar mükafatında ən yaxşı film və ən yaxşı rejissor işi kateqoriyalarında mükafat qazanıb.

Kampillonun 2017-ci ildə çəkdiyi “Dəqiqədə 120 zərbə” filmi 70-ci Kann Festivalının Qran-Prisi ilə birlikdə dörd mükafat qazanıb. Homoseksualizm və QİÇS-dən bəhs edən filmdə hadisələr 1990-cı illərin Fransasında cərəyan edir.

# 1879 dəfə oxunub

Oxşar xəbərlər

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər