[b]Bakıda divarları yazan oğlan: "Gecələr bunun üçündür"[/b]

[b]Bakıda divarları yazan oğlan: "Gecələr bunun üçündür"[/b]
5 dekabr 2016
# 16:25

Kulis.az qraffitist Samir Hüseyn ilə müsahibəni təqdim edir.

- Əvvəl özünüz barədə məlumat verərdiz.

- Bakıda anadan olmuşam. Hal-hazırda Gürcüstanda ali təhsil alıram. Bu qədər qısa.

- Niyə divarları yazırsız?

- Bunun bir çox səbəbləri var. Oxuduğum, yaddaşımda dərin iz qoyan əsərlərin, şeirlərin əbədi həkk olunmağını istəyirəm. Düzdü, bu bizim ölkədə alınmır, bir-iki ay sonra silirlər. Daha sonra həmişə baxıram belə şəkilləri, yazıları ən çox da türklərdən götürürlər. Niyə? Bizdə də şeir var, şair var. Özümüzünkülərə qiymət verməyi bacaraq. Həmən şair sabah onun sözlərini kiminsə belə sevdiyini görərsə o şair yenidən həvəslənər, yenidən yazıb-yaradar.

- Yəqin ki, divarları yazmaq təhlükəlidir, hə?

- Bəli elədi. Mənim üçün gecələr divar yazmaq üçündür.

- Spreylə yazırsız?

- Aha.

- Əvvəldən beyninizdə hansısa misranı müəyyən edirsiz ki, bunu yazacam, yoxsa obyektə çatandan sonra ağlınıza nə gəlsə onu yazırsız?

- Oxuduğum kitablarda xoşuma gələn cümlələrin altından xətt çəkirəm, daha sonra divara yazıram. Elə sözlər olur ki, mahnılardan götürürəm, onları da yadımda saxlayıram.

- Sonra?

- Sadəcə çantamı, spreyimi götürüb əvvəlcədən müəyyənləşdirdiyim divarlara sarı gedirəm.

- Tək gedirsiz?

- Tək getmirəm, dostlarımdan bir nəfər həmişə yanımda olur. Mən yazıram, o ətrafa baxır.

- Niyə tək getmirsiz? Polis filan olmasın deyə?

- Aha, elədir ki, var.

- Divarları yazanda hansısa təhlükə ilə rastlaşmısız?

- Aha, olub. Polislərdən qaçdığım anlar ən təhlükəli anlarımdı.

- Heç polis sizi tutub?

- Xeyr, olmayıb.

- Qraffiti ilə nə vaxtdan məşğulsuz?

- İki ildi.

- Ən çox kimlərin şeirlərindən misraları divara yazırsız?

- Əli Xəyyam. Bu insandan hələ çox şey öyrənməliyəm və öyrənəcəm.

- Başqa hansı şairlərin misralarını divara yazırsız?

- Ən çox sevdiyim şairlər Əli Xəyyam və Çarlz Bukovskidir. Yazıçılardan Oğuz Atay, Ahmet Batman və sair. Amma en çox sevdiyim yazıçı Oğuz Ataydır.

- Futbol şüarları da yazırsız...

- Bəli. “Neftçi” klubuna aid şüarlar yazıram. Bunu özəlliklə vurğulamaq istəyirəm ki, mənim ikinci ailəm Forza Neftçidir. Futbol şüarlarını #FN həştaqı ilə yazıram.

- Bəs #13 nə deməkdir?

- #13 sadəcə #13 kimi qalsın. Bu çox özəl bir şeydi.

- Yəni bunun mənasını demək istəmirsiz?

- Aha.

- Heç sevdiyiniz qızın küçəsinə nəsə yazmısız?

- Bəli. İlk yazdığım cümlə “Səni dünyalar qədər sevirəm” olub.

- Bakının hansı küçəsini yazmaq istəyirsiz, amma çəkinirsiz?

- Çəkinmirəm, bəy. Mərkəzi küçələri yazmıramsa, deməli o sözlərə layiq deyil. Bakının o sözlərə layiq olmayan küçələri var.

- Hansı küçələrdir?

-Məsələn, Tarqovı kimi tanınan Nizami küçəsi.

- Çoxları o küçənin divarlarını yazmaq istəyərdi.

- Nizami küçəsində azərbaycanlılara çox az rast gəlinir. Başa düşülməyəndən sonra niyə yazım ki?

- Bu hobbiniz nə vaxta kimi davam edəcək?

- Yəqin ki, həbs olunana qədər (gülür).

- Sizin elədiyiniz nədir: etiraz, küçə incəsənəti, yoxsa...?

- Mənim elədiyim bizim ölkədə çox da məşhur olmayan, tənqid olunan küçə incəsənətidir.

- Son vaxtlar sizin şüarları sosial şəbəkədə də paylaşırlar.

- Aha. Arada qabağıma çıxır.

- Küçə sənətkarları adətən gizliliklərini qorumağa çalışırlar. Məsələn, Benksi. Bəs siz nə əcəb gizliliyə əməl etmirsiz?

- Axı “sənətkar” deyirsiz. Mən sənətkar deyiləm; bir sprey, bir divar, hami üçün əlçatandı.

- Dediniz ki, Gürcüstanda təhsil alırsız. Orda da divarları yazırsız?

- Yox, orda basa düşən yoxdu.

- Həm də artıq uzun müddətdir ki, yazmıram.

- Bilmirəm, sadəcə xaricdə təhsil almağımla əlaqədərdir.

- Bəs qorxmursuz ki, divarları yazdığınıza görə məsuliyyətə cəlb oluna bilərsiz?

- Mən pis bir şey yazmıram.

- Tamam. Sizə divar yazmaqda uğurlar arzulayıram (gülür).

- Çox sağ olun.

# 3448 dəfə oxunub

Oxşar xəbərlər

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər