Çingiz Aytmatovun doğum günü “Yazarlar günü” kimi qeyd olunacaq

Çingiz Aytmatovun doğum günü “Yazarlar günü” kimi qeyd olunacaq
13 dekabr 2012
# 13:30

Böyük sovet-qırğız yazıçısı Çingiz Aytmatovun doğum günü 12 dekabr bundan sonra “Yazarlar günü” kimi qeyd olunacaq.

Qərar Qırğızıstanın Ali Məclisində qəbul edilib. Təklif məclis rəhbəri Asılbek Caanbekov tərəfindən irəli sürülərək qəbul edilib.

Bir çox beynəlxalq mükafatların sahibi olan, adı bir neçə dəfə Nobel mükafatı namizədlərinin sıralarında yer alan yazıçı Çingiz Aytmatov 2008-ci ildə 80 yaşında vəfat etmişdi.

Çingiz Aytmatov “Ağ gəmi”, “Cəmilə”, “Əlvida, Gülsarı”, “Ana Tarla”, “Qiyamət” kimi dəyərli əsərlərin müəllifi olsa da, daha çox “Gün var əsrə bərabər” romanı ilə məşhurlaşmışdır.

# 2173 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər