Şəhriyar del Gerani Kulisdə oxucularla görüşdü - Fotolar

Şəhriyar del Gerani Kulisdə oxucularla görüşdü - Fotolar
2 oktyabr 2019
# 17:18

Kulis.az ədəbiyyat portalının təşəbbüsü ilə redaksiyanın yerləşdiyi “APA Group”un akt zalında şair Şəhriyar del Geraninin yenicə çap olunmuş “Gecəniz şeirə” kitabının imza günü keçirildi.

Tədbiri giriş sözü ilə Kulis.az portalının baş redaktoru yazıçı Şərif Ağayar açaraq, qonaqları salamladı, şair və onun yaradıcılığı haqqında fikirlərini bölüşdü. Eyni zamanda tədbirin sərbəst şəkildə davam edəcəyini söylədi.

Lent.az portalının baş redaktoru Qabil Abbasoğlu Şəhriyar del Geraninin sözə münasibətindən, qələmə aldığı şeirlərin özəlliyindən, eyni zamanda xarakterindəki özəlliklərdən danışdı.

Şəhriyar del Gerani çıxış edərək, Kiyevdə təhsil almasından, şeirə, ədəbiyyata münasibətindən söz açdı.

Çıxışların ardınca qələm adamları, oxucular və “APA Group”un əməkdaşları ilə canlı ünsiyyətə girən şair onların arzuladığı şeirləri oxudu.

Tədbir kitabların imzalanma mərasimi ilə başa çatdı.

# 4419 dəfə oxunub

Oxşar xəbərlər

Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

15:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

12:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər