Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri “Azdrama”da

Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri “Azdrama”da
16 may 2016
# 16:30

Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Meaze Qebremedhinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olub. Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət görüşdə Azərbaycan teatrının tarixi, ənənələri haqqında məlumat verib.

O, bildirib ki, rəhbərlik etdiyi mədəniyyət müəssisəsi ölkənin ən böyük teatrıdır. Azərbaycan teatrının bir çox ölkələrlə əməkdaşlığı mövcuddur, qarşılıqlı qastrollar təşkil olunur: "Mədəniyyətlərin dostluğu, əməkdaşlığı çox vacib amildir. Bizim bir çox ölkələrlə mədəni əlaqələrimiz var, teatr sahəsində əməkdaşlığımız mövcuddur. Xüsusən müsəlman ölkələri ilə yaradıcı sahədə əməkdaşlığımız daha sıxdır. İstərdik ki, Efiopiya ilə də bu əlaqələrimiz qurulsun, inkişaf etsin. Çünki sizin təmsil etdiyiniz ölkə qədim mədəniyyətə malik ölkədir".

Teatr direktoru Akademik Milli Dram Teatrının təmir olunaraq ən müasir texniki təchizatla tamaşaçıların ixtiyarına verilməsini Azərbaycan dövlətinin mədəniyyətə, teatra qayğısı kimi dəyərləndirib və əlavə edib ki, hazırda teatrda muzey, studiya, kitabxana və s. fəaliyyət göstərir.

Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri M.Qebremedhin səmimi qəbul görə minnətdarlığını bildirib və vurğulayıb ki, Bakıda olduqları müddətdə bir sıra mədəniyyət müəssisələri ilə tanış olublar: "Azərbaycan xalqının səmimi münasibəti və qonaqpərvərliyi ilə daha yaxından tanış olduq. Bir neçə gündür Bakıdayıq və müxtəlif mədəniyyət müəssisələri ilə tanış olmuşuq. Bu sırada ölkənin ən böyük teatrının olmasından məmnunuq. Biz də hesab edirik ki, iki ölkə arasında mədəni əlaqələr, teatr sahəsində əməkdaşlığın qurulması, inkişaf etdirilməsi vacibdir".

Görüşdə efiopiyalı nazir iki dövlət arasında mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığın inkişafına inam ifadə edib.

Daha sonra nümayəndə heyətinin üzvləri Akademik Milli Dram Teatrı ilə yaxından tanış olub, repertuarda olan “Şah Qacar” tamaşasına baxıb və fikir mübadiləsi aparıb.

# 2568 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Meşə adamı - Herman Hessenin hekayəsi

Meşə adamı - Herman Hessenin hekayəsi

14:00 31 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər