Cəlil Cavanşirin “Qadın corabları”nın təqdimatı keçiriləcək

Cəlil Cavanşirin “Qadın corabları”nın təqdimatı keçiriləcək
16 iyul 2014
# 12:50

İyulun 20-i, saat 16:00-da “Kitabevim.az” kitab marketində yazıçı Cəlil Cavanşirin “Qadın corabları” romanının təqdimatı keçiriləcək. Cəlil Cavanşir Kulis.Az-a açıqlamasında bildirib ki, “Qadın corabları” romanının oxucular tərəfindən seviləcəyinə şübhə etmir:

“Romanın adından üz qapağına qədər hər xırda detalda oxucunu silkələyəcək bir nüans var. Cəmiyyətimizdə baş verən hadisələr, gənclərin dünyaya baxışı, gəncliyin çarəsizliyi, insani münasibətlər, istedadlı insanlara cəmiyyətin laqeydliyi ön plandadır. Kitab hələ çap olunmamış romanın adı ilə bağlı başlayan müzakirələr xoşuma gəldi. Oxucunu maraqlandıra bilmək çox önəmlidir. Onu da deyim ki, romanda erotik detallar çoxdur. Yaşı 18-dən aşağı olan oxucularıma, növbəti kitaba qədər gözləməyi tövsiyə edirəm. Reallıqla təxəyyül arasında başını itirən oxuculara isə səbir arzulayıram. Əminliklə deyirəm ki, hər bir oxucu öz istədiyini bu kitabdan tapa biləcək.”

“Qadın corabları” müəllifin 6-cı bədii kitabıdır.

Romanın redaktorları Ağa Cəfərli və Şəhriyar Del Gerani, rəssamı Vasif Səftərovdur.

Kitab Hədəf Nəşrlərində çap olunub.

Ünvan: Puşkin, 32, Kitabevim.az kitab marketi (28 May metrosu, Dəmiryol xəstəxanasının yanı, AK center 2-ci mərtəbə)

# 3189 dəfə oxunub

Oxşar xəbərlər

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
Kabuslu ev - Virciniya Vulfun hekayəsi

Kabuslu ev - Virciniya Vulfun hekayəsi

10:00 28 mart 2026
Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

11:53 27 mart 2026
Teleqram - Konstantin Paustovskinin hekayəsi

Teleqram - Konstantin Paustovskinin hekayəsi

10:00 27 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər