Bu filmin ssenarisini insan yazmayıb- VİDEO

Bu filmin ssenarisini insan yazmayıb- VİDEO
7 sentyabr 2016
# 13:04

Süni intellekt artıq kritik bir mərhələyə gəlib çıxıb. Rəsm çəkən, musiqi bəstələyən və hər gün getdikcə inkişaf edən süni intellekt bu dəfə kino işinə də girişib. “Sunspring” adı ilə çəkilən qısa filmin ssenarisi süni intellekt aparatı ilə yazılıb. Və tarixdə ilk dəfə bir aparatın ssenarisi sayəsində qısa film çəkilib.

“Ars Texnica” vasitəçiliyi ilə internetdən tamaşaçıların ixtiyarına verilən filmin baş rolunda “Silicon Valley” serialından tanıdığımız Tomas Midledik oynayır. Bundan əvvəl hər hansı bir süni intellekt tərəfindən yazılan aforizmlər, dialoqlar eşitmədiyinizdən filmi izləmək bəlkə də çətin gələ bilər.

Süni intellekt tərəfindən ssenarisi yazılan film fantastika hesab olunur. Aktyorların dialoqları, geyimləri və məkana baxanda bunu təsbit etmək mümkündür. Ancaq əsas səbəb filmin ssenaristi olan proqramın 80-90-cı illərə aid fantastik filmlərlə yüklənməsidir. Haqqında söhbət açdığımız proqrama “Benjamin” adı verilib. Proqramın müəllifi Nyu-York Universitetində süni intellekt araşdırmaları edən Ros Qodvindir. Süni intellekt tərəfindən yazılan ssenarinin rejissoru Oskar Şarp Ros Qodvin ilə birlikdə ssenari yaza bilən aparatlar üzərində çalışır. Onlar “Uzun Qısa Yaddaş” (LSTM) adı verilən şəbəkə ilə artıq ssenari yazan aparat işini genişləndiriblər.

Aparat tərəfindən yazılan ssenarinin ekranlaşdırılması isə o qədər asan başa gəlməyib. Çünki filmin rejissoru Oskar Şarp deyir ki, “Benjamin” aparatının yazdığı ssenaridə qəhrəman ulduzların üstündə ayaqda durduğu vaxt həm də yerdə oturur. Bu cür anlaşılmaz ifadələrin çox olduğunu bildirir rejissor. Eyni zamanda rejissor qeyd edir ki, aktyorlar ssenarini oxuyanda gülməkdən özlərini saxlaya bilməyiblər. Ssenarini tamaşaçıların başa düşəcəyi dilə tərcümə etmək yəqin ki, çox çətinliklə başa gəlib.

# 2333 dəfə oxunub

Oxşar xəbərlər

Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

15:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

12:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər