Vaqif Səmədoğlunun xanımı: “Yaxşı ki, yazılanları oxumayıb”

Vaqif Səmədoğlunun xanımı: “Yaxşı ki, yazılanları oxumayıb”
18 noyabr 2014
# 12:25

Xalq şairi Vaqif Səmədoğlunun vəziyyəti orta ağırdır. Bu barədə Xalq şairinin həyat yoldaşı Nüşabə Vəkilova ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda şairin müalicəsi Bakıda davam etdirilir.


“Mətbuatda informasiyalar yayılır ki, Vaqif Səmədoğlunun vəziyyəti ağırlaşıb. Yaxşıdır ki, özü bu barədə oxumayıb. Axı belə yazmaq olmaz. O, Milli Onkologiya Mərkəzində vaxtaşırı müalicə alır. Bu gün də xəstəxanaya gedəcəyik. Hazırda ayaqlarında problemlər var. Vaqif müəllimin ağrıları olmayanda əhvalı da yaxşı olur, kitab oxuyur”, - deyə Nüşabə Vəkilova bildirib.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Səmədoğlunun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Xalq şairi onkoloji xəstəlikdən əziyyət çəkir.

# 2496 dəfə oxunub

Oxşar xəbərlər

"Gələcəkdə hər kəs 15 dəqiqəliyinə məşhur olacaq..."  - Endi Vorhol kim idi?

"Gələcəkdə hər kəs 15 dəqiqəliyinə məşhur olacaq..." - Endi Vorhol kim idi?

16:30 6 avqust 2026
Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... -  Dieqo Velaskesin məşhur əsərləri

Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... - Dieqo Velaskesin məşhur əsərləri

15:45 6 avqust 2026
Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

17:10 5 avqust 2026
"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

15:20 5 avqust 2026
Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam  - İlya Repinin 3 məşhur əsəri

Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam - İlya Repinin 3 məşhur əsəri

14:40 5 avqust 2026
Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

17:38 3 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər