Müsəlmanlar da teatrı İsanı təhqir etməkdə günahlandırdılar

Müsəlmanlar da teatrı İsanı təhqir etməkdə günahlandırdılar
17 mart 2015
# 13:33

Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsi Novosibirsk teatrının qalmaqallı “Tanqeyzer” tamaşasının rejissoru Kulyabini mediada populyarlıq qazanmaq naminə dindarların inancına etinasız yanaşmaqda ittiham edib. Kulisin lenta.ru saytına istinadən verdiyi xəbərə görə sənədin mətni idarənin saytında yayımlanıb.

“Müsəlmanlar inancından asılı olmayaraq bütün dindarların dini dəyərlərinin gözdən salınmasına qarşı fətva ilə çıxış edir”- bəyanatda qeyd olunub. Müftilər xatırladıb ki, İsa peyğəmbər və onun anası Məryəmlə bağlı olan hər şey müsəlmanlar üçün də müqəddəsdir. Onların fikrincə, rejissor mediada məşhur olmaq üçün qəbulolunmaz bədii eksperimentlərə əl atıb.

Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin fikri ilə Moskvanın, mərkəzi bölgə və Çuvaşiyanın müftisi, RF İctimai Palatasının üzvü Albir Kraqanov da razılaşıb: “İslamın bu tamaşa və oxşar təxribatlara münasibətdə mövqeyi birmənalıdır. Hansı etiraflar naminə baş verməsindən asılı olmayaraq bu yolverilməzdir.”

Martın 16 da mətbuatda “Tanqeyzer” tamaşasından dindarların inancına səbəb olmuş plakatın (bu plakatda İsa qadın ayaqlarının arasında təsvir olunub) yığışdırılması haqqında məlumat verilmişdi.

Xatırladaq ki, Novosibirsk mərkəzi rayon məhkəməsi martın 10-da Kulyabinlə bağlı məhkəmə işinə xitam verib. Məhkəmə tamaşada xristian simvollarını təhqir edən heç nə tapmayıb. Prokurorluq məhkəmənin qərarından şikayət edəcəyini deyib. Sözü gedən iş yerli kilsənin müraciəti əsasında Novosibirsk prokurorluğunda açılıb, müəlliflər “dini ədəbiyyata, dini simvol, atribut və predmetlərə düşünülmüş şəkildə ictimai hörmətsizlik göstərilməsi, məhvi və ya zərər verilməsi” maddəsi ilə ittiham olunur.

Vaqnerin eyniadlı operası əsasında hazırlanmış “Tanqeyzer” tamaşasının premyerası ötən ilin dekabrında keçirilib.

# 2062 dəfə oxunub

Oxşar xəbərlər

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər