Məşhur şair başına gələn qəzadan DANIŞDI

Məşhur şair başına gələn qəzadan <span style="color:red;">DANIŞDI
10 fevral 2015
# 14:29

Məşhur şair Məmməd Aslanın omba sümüyü sınıb.

Bu barədə Kulis.az-a şairin özü məlumat verib.

Buna baxmayaraq o, bildirib ki, bəzi saytlarda bu barədə yayılan məlumatlarda qeyri-dəqiqlik var.

Məmməd Aslan media bu haqda nəsə yazılmasına tərəfdar olmadığını vurğulayıb: “Mediamızın da, mediamızı oxuyanların da başından bir tük əskik olmasın. Çünki, Allahın verdiyi hər şey bizə gərəklidir, xüsusilə, cansağlığı. Amma hər şeyi olduğu kimi çatdırmaq, vacibdir. İbrətli bir misal deyim: sağsağan sağsağanlığı ilə, bu budaqdan o budağa xəbər aparanda səsini dəyişmir, sözünü dəyişmir. İnsan niyə özünü sağsağandan aşağı hiss elətdirməlidir ki? Xəstəliyimlə bağlı mediada nəsə yazılmasını istəməzdim. Çünki respublikada min-min insan yaşayır, Allah hamısına səhhət versin. Heç kəsin icazəsi olmadan onun haqqında heç nə yazmaq olmaz. Yazırsansa da, o, ağıllı sağsağandan öyrən. Mən beş-altı gün öncə İrana müalicə üçün getmişdim, orda – Şəhriyar xəstəxanasında mənə son dərəcədə hörmətlə yanaşdılar. Getdiyim xəstəlik üzrə, demirəm hansı xəstəlikdir, məni hazırladılar ki, əməliyyat olunum. Sabah əməliyyat stoluna çıxacaqdım ki, axşam qəza baş verdi. Deyir, qəza bəd gələndə quymaq diş sındırar. Qəfil yıxıldım, omba sümüyüm parçalandı. Rentgen elədilər, bir gündən sonra əməliyyat olundum, metalla çivləyib düzəltdilər və məni yola saldılar. Üzləri ağ olsun. Olan budur. Bunu başqa cür qələmə vermək, xəstənin yorğan-döşəkdə saqqalı şəklini yaymaq, hamının başına gələcək bir şeyi, Allah hər kəsdən uzaq eləsin, hallandırıb-hallandırıb demək nəyə gərəkdir? Yazırlar ki, yolda qəzaya düşüb, İrana gedə bilməyib... Belə olmayıb axı, hadisə xəstəxanada baş verib. Adamların başını belə söhbətlərlə qatmaq kimə lazımdı, bu kimin xeyrinədir? Hazırda evdəyəm, hətta bu gün oturub şeir də yazmışam... Arzum budur, bizim media tək mənə münasibətdə yox, bütün məsələlərdə sağsağan söhbətini unutmasın!”

# 2346 dəfə oxunub

Oxşar xəbərlər

Sənətkarlar parazitdir, şairləri şəhərdən qovun... - Dahi, yoxsa diktator?

Sənətkarlar parazitdir, şairləri şəhərdən qovun... - Dahi, yoxsa diktator?

15:00 1 fevral 2026
Ərindən bir köynək yaxınam sənə... - Firidun Ağazadənin yeni şeirləri

Ərindən bir köynək yaxınam sənə... - Firidun Ağazadənin yeni şeirləri

12:00 1 fevral 2026
"Mənə elə arvad verin ki... " – Çexov necə qadın istəyirdi?

"Mənə elə arvad verin ki... " – Çexov necə qadın istəyirdi?

15:00 29 yanvar 2026
Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

10:00 29 yanvar 2026
"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

16:30 28 yanvar 2026
"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

14:00 28 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər