Elgiz, Mətanət, Mikayıl hansı kitabları oxuyur? - SORĞU

Elgiz, Mətanət, Mikayıl hansı kitabları oxuyur? - <span style="color:red;">SORĞU
16 yanvar 2015
# 11:51

Kulis.az Azərbaycan telekanallarının məşhur aparıcıları arasında sorğu keçirib: “Son oxuduğunuz kitab və ən təsirləndiyiniz əsər hansıdır?”

Elgiz Əkbər:

“Son vaxtlar dünya siyasəti ilə bağlı ədəbiyyatlar oxuyuram. iqtisadiyyatla bağlı materiallar diqqətimdədir. Bilirsiniz, Rusiyada böhran-filan oldu. İqtisadiyyata marağım artıb. Bədii ədəbiyyatdan isə Cek Londonun heyvanlarla, daha doğrusu itlərlə bağlı yazdığı əsərlər məni təsirləndirib. “Ağ diş”, “Bak” kimi əsərləri sevirəm. İnsanlardan o qədər namərdlik görmüşəm ki... Heyvanların sadiqliyi məni sarsıda bilir. Siz indi güləcəksiz, amma o əsərləri oxuyanda mən ağlayıram.”

Mikayıl Güləddinoğlu:

“Ən son Qabriel Qarsia Markesin “Elan olunmuş bir qətlin tarixçəsi” əsəridir. Elə bu əsər də məni çox təsirləndirib. Bundan əvvəl “Patriarxın payızı”nı da, Şoloxovun əsərini də oxumuşdum. Ümumiyyətlə, tez-tez kitab oxuyuram. Məni sarsıdacaq qədər təsirləndirən kitab isə Viktor Hüqonun “Səfillər”i olub. O qəhrəmanların taleyi dəhşətlidir və elə o dövrün də səfilləri olub, indi də var...”

İlqar Mikayıloğlu:

“Düzü, son vaxtlar daha çox texniki ədəbiyyat oxuyuram. Ən son hərbi aviasiya haqqında oxumuşam. Amma əlbəttə bədii ədəbiyyat da oxuyuram. Məsələn, Mixail Bulqakovun “Master və Marqarita” əsərini çox sevirəm”

Mətanət Əliverdiyeva:

“Düzünü deyim, o qədər çoxdandı oxumuram ki, ən son oxuduğum kitab heç yadıma da gəlmir. Amma vaxtilə oxumuşam. Detektiv sevməsəm də, Çingiz Abdullayevin, Dostoyevskinin əsərlərini oxumuşam. Bəxtiyar Vahabzadənin poemalarını da oxuduğum vaxtlar olub. Amma, bilirsiniz, məndə belə bir xarakter var: filmdən, kitabdan təsirlənmirəm. Kitab oxuyub, ya filmə baxıb ağlayanlardan deyiləm. Məni real həyatda baş verənlər daha çox təsirləndirir.”

Turan İbrahimov:

“Ən son üç kitabı paralel olaraq oxumuşam. Varis Diriyenin “Səhra çiçəyi”, Oşonun “Qadının kitabı” və Kamyunun “Çöküş” əsərini... Məni ən çox “Səhra çiçəyi” təsirləndirib. Müəllifi Varis Diriye modeldir. Tam bioqrafik roman deyil, dövrü, vəziyyəti çox yaxşı ifadə edir. Somalidə qızların vəziyyətindən, qadın sünnətindən, Somalidən çıxan qaçqınların Avropadakı vəziyyətindən yazıb. Sonluğunun məğzi təxminən belədir ki, hər kəs uğur qazana bilər və bu, allahın əlindədir. Bir də, neçə il əvvəl oxumağıma baxmayaraq Viktor Hüqonun “Səfillər”i məni indi də təsirləndirir”.

# 2384 dəfə oxunub

Oxşar xəbərlər

"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

12:30 21 avqust 2026
Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

15:30 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər