“Tullantıdan incəsənətə” – SƏRGİ

“Tullantıdan incəsənətə” – SƏRGİ
6 iyun 2017
# 09:57

İyunun 5-də Tofiq İsmayılov adına İncəsənət Mərkəzində “Tullantıdan incəsənətə” adlı rəsm sərgisi açılıb.

5 iyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə təşkil olunan sərgidə Nəsimi rayon 44 və Nizami rayon 328 nömrəli tam orta məktəblərin şagirdlərinin əl işləri nümayiş olunub.

Tədbirdə Nəsimi rayon 44 nömrəli tam orta məktəbin direktoru Leyla Baxşıyeva çıxışı edərək sərginin əhəmiyyətindən söz açıb. “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin layihəsi əsasında reallaşan sərginin təşkil edilməsində məqsəd tullantılara ikinci həyat vermək, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir. 70-dək əl işinin nümayiş edildiyi birgünlük sərgidə plastik butulkalardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edilib. Bir sözlə, lazımsız əşyalar sərgidə nümayiş edilən əsərlər vasitəsi ilə yenidən canlandırılıb”, - deyə L. Baxşıyeva söyləyib.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bu tip sərgilərin təşkilini yüksək qiymətləndirib.

G.Verdiyeva ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyini bildirilərək dövlət orqanları ilə yanaşı, ictimaiyyətin bu sahədə aktiv iştirakının, əhali arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Vurğulanıb ki, hər il Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ölkəmizdə və dünyada ənənəvi olaraq ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədilə təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirilir.

Rayon icra hakimiyyəti başçısının birinci müavini qeyd edib ki, Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya İli” elan etməsi bu sahəyə diqqəti daha da artırıb. “Ekologiya İli” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər.

O bildirib ki, Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib.

Sərginin önəmini vurğulayan natiq bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar. /azertag.az/

# 1876 dəfə oxunub

Oxşar xəbərlər

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər