“Azdrama” mövsümə “Qarabağnamə” ilə yekun vuracaq

“Azdrama” mövsümə “Qarabağnamə” ilə yekun vuracaq
8 iyul 2016
# 15:46

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vurulacaq.

Teatrın mətbuat xidmətindən Kulis.Az-a verilən məlumata görə, xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Rolları xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Aslan Şirin, aktyorlar Şəhla Əliqızı, Rövşən Kərimduxt, Anar Heybətov, Sərdar Rüstəmov, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Elnur Qədirov, Rada Nəsibova, Günel İmanova ifa edirlər.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

# 1450 dəfə oxunub

Oxşar xəbərlər

Duyğularını tablolara köçürən ekspressionist rəssam

Duyğularını tablolara köçürən ekspressionist rəssam

13:55 26 sentyabr 2025
Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

13:50 24 sentyabr 2025
Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin  "Karmen"i niyə sərt  tənqid edilmişdi?

Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin "Karmen"i niyə sərt tənqid edilmişdi?

15:00 23 sentyabr 2025
“Dünyanın ən böyük eşq mütəxəssisi”  - Freydə niyə Nobel mükafatı verilmədi?

“Dünyanın ən böyük eşq mütəxəssisi” - Freydə niyə Nobel mükafatı verilmədi?

12:19 23 sentyabr 2025
Ölümə aparan məktubda yazılanlar - İsmayıl bəy Qutqaşınlını kim zəhərləyib?

Ölümə aparan məktubda yazılanlar - İsmayıl bəy Qutqaşınlını kim zəhərləyib?

09:00 23 sentyabr 2025
Sanki hamilə qadınlar ürəyimdə zəfəran arıtlayırlar... -  Qulamrza Borusanın şeirləri

Sanki hamilə qadınlar ürəyimdə zəfəran arıtlayırlar... - Qulamrza Borusanın şeirləri

15:00 20 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər