Məşhur multfilmi ABŞ kəşfiyyatı çəkibmiş

Məşhur multfilmi ABŞ kəşfiyyatı çəkibmiş
7 noyabr 2014
# 13:27

Məşhur ingilis yazıçısı Corc Oruellin “Heyvan ferması” əsəri əsasında çəkilən multfilmin pulunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi veribmiş.

“Telegraph” qəzeti yazır ki, bu məsələ 20 il gizli saxlanıb və ilk dəfə 1974-cü ildə keçmiş kəşfiyyatçı Everette Howard Hunt-ın “Gizli agentin xatirələri” kitabında açıqlanıb.

Sovet lideri Stalini və sovet quruluşunu ələ salan “Heyvan ferması”nın müəllifi Corc Oruell 1950-ci ilin qışında vəfat edəndə Hunt MKİ-nin Psixoloji Müharibə bölümündə çalışırmış.

O, Britaniyaya ezam edilir ki, yazıçının həyat yoldaşı Sonia-dan “Heyvan ferması” əsasında animasiya filmi çəkilməsi haqlarını alsın.

Hunt Sonianın razılığını alandan sonra prodüser olaraq Louis De Rochemontu seçir. Filmin çəkilməsi isə Britaniyanın “Halas & Batchelor” şirkətinə sifariş olunur.

MKİ-nin filmin çəkilməsi üçün İngiltərəni seçməsinin bir neçə səbəbi vardı. Əvvəla, “Halas & Batchelor” bir neçə məşhur təbliğat filminin yaradıcısı idi.

İkincisi, bu, animasiya filmini Amerikada çəkməkdən ucuz başa gələcəkdi.

Üçüncüsü isə filmi çəkənlərin layihənin maliyyə mənbəyindən bixəbərər qalmaları asan olacaqdı. Üstəlik də İngiltərə soyuq müharibədə ABŞ-ın müttəfiqi idi.

Həqiqətən də filmi çəkənlər heç nədən xəbər tutmur, onlar üçün bu, sıradan bir sifariş idi. Amma 70 dəqiqəlik “Heyvan ferması” üzərində iş 3 il çəkir.

Animasiya filminin maliyyə mənbəyi açıqlananda bu, “Halas & Batchelor” şirkətinin nüfuzuna elə bir xətər toxundurmur.

Əksinə bu iş onlar üçün böyük təcrübə olur və sonradan yüksək səviyyəli multfilmlər çəkməyə davam edirlər.

Amma yəqin ki yazıçının özü sağ olsaydı, “Heyvan ferması”nın MKİ tərəfindən maliyyələşməsindən xoşlanmazdı.

Üstəlik də əsərinin finalının dəyişdirilməsindən razı qalmazdı.

Oruellin əsərində zülmə məruz qalan heyvanlar xaricdən kömək istəyirlər. Və xaricdən gələn köməklə diktatoru yıxırlar.

Oxuzali.az

# 3010 dəfə oxunub

Oxşar xəbərlər

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

18:25 22 iyun 2026
Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

17:35 19 iyun 2026
İnsan emosiyalarını kətana köçürən ustad rəssam

İnsan emosiyalarını kətana köçürən ustad rəssam

12:28 18 iyun 2026
"Yalan qulların və ağaların dini, həqiqət isə..." - Maksim Qorkidən aforizmlər

"Yalan qulların və ağaların dini, həqiqət isə..." - Maksim Qorkidən aforizmlər

10:00 18 iyun 2026
Yerusəlimdən İçərişəhərə - Azərbaycan kinosunun gizli qəhrəmanının heyrətamiz həyat hekayəsi

Yerusəlimdən İçərişəhərə - Azərbaycan kinosunun gizli qəhrəmanının heyrətamiz həyat hekayəsi

15:00 17 iyun 2026
Şekspir əsərində bəhs edirdi, Da Vinçi fanatı idi, Makiavelli oynayırdı - Kralların nifrət etdiyi futbol necə dünyanın ən çox sevilən oyununa çevrildi?

Şekspir əsərində bəhs edirdi, Da Vinçi fanatı idi, Makiavelli oynayırdı - Kralların nifrət etdiyi futbol necə dünyanın ən çox sevilən oyununa çevrildi?

12:00 17 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər