Rəssam Mahmud Rüstəmovun fərdi sərgisi keçiriləcək

Rəssam Mahmud Rüstəmovun fərdi sərgisi keçiriləcək
18 iyun 2019
# 15:37

21 iyun-10 iyul 2019-cu il tarixində Muzey Mərkəzində rəssam Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçiriləcək.

APA-nın xəbərinə görə, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, Mahmud Aslan oğlu Rüstəmov 13 iyun 1967-ci ildə Bakı şəhərində anadan olub. O, 1982-1986-cı illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində, 1986-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Heykəltəraşlıq” fakültəsində təhsil alıb. 1995-1998-ci illərdə SSRİ Rəssamlıq Akademiyası nəzdində Yaradıcılıq Emalatxanalarının aspirantı olub. Mahmud Rüstəmov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Mahmud Rüstəmov 1985-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda, 1986-cı ildə Daş simpoziumu (Bakı, Azərbaycan), 1987, 1988-ci ildə Vəcihə Səmədova adına sərgi salonu, 1990-cı ildə Fransiyanın Avinyon şəhərində, 1995-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində, 1996-cı ildə Bakı İncəsənət Mərkəzində, 1997-ci ildə Azərbaycan Respublika sarayında, 1998-ci ildə Vəcihə Səmədova adına sərgi salonu, 1998-ci ildə “Yeddinci mərtəbə” qalereyası, 1999, 2000, 2001-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyində, 2001-ci ildə Vəcihə Səmədova adına sərgi salonu, İran mərkəzinin sərgi salonunda, 2002-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda keçirilən sərgilərdə iştirak edib. 1999-cu ildə Azərbaycanda İngiltərə konsulluğunun təşkilatçılığı ilə Franko-Alman mədəniyyət mərkəzində onun fərdi sərgisi keçirilib.

2001-ci ildə “Qaradağ Sement” şirkətinin heykəltəraşlıq müsabiqəsində həvəsləndirici mükafata və Rəssamlar İttifaqının “2000-ci ilin Azərbaycanın ən yaxşı heykəltəraşı” adına layiq görülüb.

Rəssam 2007-ci ildə “5+” sərgisi, “Göyqurşağının 7 rəngi”, 2008-ci ildə Berlində Azərbaycana həsr olunmuş sərgi, 2010-cu ildə Teymur Rüstəmov ilə birgə “Mövzular” adlı sərgilərin iştirakçısıdır. O, Aslan və Teymur Rüstəmovlar ilə birgə M.Cavadzadənin qəbir üstünü, Xocalı faciəsi abidəsi (Goranboy), 2011-ci ildə Müslüm Maqomayevin büstü (Rusiya, Astraxan), 2011-ci ildə Heydər Əliyevin büstünün (Milli Aviasiya Akademiyası) müəllifidir. 2006-cı ildə “Rüstəmovlar İncəsənət Evi” qalereyasının açılışı keçirilib.

Mahmud Rüstəmov təsviri sənətdə heykəltəraşlıqla yanaşı, eyni zamanda rəngkarlıq və qrafika sahəsində də çalışıb. Heykəltəraşın “Qızılı xəttin sirri” və “Başlanğıc öncəsi yuxu” adlı işləri özünəməxsusdur. Mahmud Rüstəmov “Dördbucaqlı tısbağanın mahnısı” əsərini Türkiyədə yerləşən vadinin müasir interpretasiyası adlandırır. Mahmud Rüstəmovun əsərləri 2013-cü ildə “Sotheby's” auksionunda, 2019-cu il 21 may tarixində 2 qrafika əsəri isə Bakıda keçirilmiş incəsənət əsərlərinin ilk auksionunda ("Auction Baku"da) satılıb.

Sərginin açılışı 21 iyun saat 19:00-da Muzey Mərkəzində IV mərtəbədə baş tutacaq. Giriş sərbəstdir. Mətbuat nümayəndələri dəvətlidir.

# 2704 dəfə oxunub

Oxşar xəbərlər

"Əjdaha" karvansarası açdı, dostunun tablosunu özü tamamladı -  Renessansın unudulmuş rəssamı kim idi?

"Əjdaha" karvansarası açdı, dostunun tablosunu özü tamamladı - Renessansın unudulmuş rəssamı kim idi?

14:30 5 noyabr 2025
Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı?

Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı?

13:00 5 noyabr 2025
Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər