Nuridə Atəşi beynəlxalq ictimaiyyətə çağırış etdi

Nuridə Atəşi beynəlxalq ictimaiyyətə çağırış etdi
10 may 2016
# 13:24

On ilə yaxın Qafqaz, Rusiya və Avropa muzeylərində, arxiv və fondlarında Xocalı- Gədəbəy mədəniyyətinə aid nümunələri araşdıran tədqiqatçı, Berlin şəhərində fəaliyyət göstərən Qafqaz tədqiqatları İnstitutunun direktoru Nuridə Atəşi qeyd olunan mədəniyyətə aid nəzəri məsələlərin, eləcə də indiyə qədər beynəlxalq elm aləmində qeyri-obyektiv yazıldığını aşkar etmişdir. Kulisin məlumatına görə bu mədəniyyətə aid alman, ingilis, fransız və rus dillərində yazılmış tədqiqat əsərlərini müqayisə edərkən mövcud tarixşünaslıqda bir-biri ilə kəskin surətdə fərqlənən bir neçə elmi yanaşmanı müəyyənləşdirmişdir. Tədqiqatçı eyni zamanda Rusiya, Almaniya, Fransa və digər ölkələrin arxiv və fondlarında indiyə qədər dünya elminə məlum olmayan bir neçə yeni kolleksiya nümunəsini də aşkar etmişdir.

Xocalı- Gədəbəy mədəniyyətinin indiyə qədər qərəzli, qeyri-obyektiv yazıldığını nəzərə alaraq N.Atəşi beynəlxalq elmi nəşrlərdə və beynəlxalq konfranlarda bu problemi dünya elmi ictimaiyyətinin diqqətinə çatdırır, eyni zamanda yenidən tədqiq olunmasını da tələb edir. O, Aprelin 25-29-da Avstiranın Vyana şəhərində keçirilmiş 10-cu Beynəlxalq Yaxın Şərq arxeologiyası konqresində də məruzə ilə çıxış edərək bu barədə beynəlxalq elmi ictimaiyyətə müraciət etmişdir.

Xocalı-Gədəbəy Mədəniyyəti nümunələri ilə zəngin olan Avropa muzeylərindən biri Almaniyanın Berlin şəhərindəki Erkən və Qədim Tarix Muzeyidir. 2012-ci ildən bəri bu muzeyin fondunda geniş tədqiqatlar aparan Nuridə Atəşi bir neçə yeni kolleksiya aşkar etməklə bərabər son 180 ildən bu günə qədər onlarla alman elmi nəşrlərində, muzey kataloqlarında Xocalı-Gədəbəy mədəniyyəti, xüsusilə də Qarabağ tarixinin qeyri-obyektiv yazıldığını müəyyən etmiş, həmçinin onlarla tarixi, coğrafi, arxeoloji və antropoloji nöqsanları aşkara çıxarmışdır.

Tədqiqatçı Xocalı-Gədəbəy mədəniyyəti nümunələrinin Almaniya muzeylərində yenidən tədqiqini, əsasən də Azərbaycan tarixinin və mədəniyyətinin obyektiv və müasir elmin tələbləri çərçivəsində araşdırılmasını təmin etmək məqsədilə beynəlxalq layihə hazırlayaraq həm Almaniyanın, həm də Azərbaycanın aidiyyatı qurumlarına təqdim etmişdir.

Berlin Qafqaz tədqiqatları İnstitutunun mətbuat şöbəsindən verilən məlumata görə, Xocalı- Gədəbəy mədəniyyəti tarixinin, xüsusilə də onun nəzəri və təcrübi problemlərinin elmi prinsiplər gözlənilməklə müasir dövrün tələbləri çərçivəsində yenidən doğru və dürüst tədqiq olunması təklifi beynəlxalq elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanmış və böyük dəstək qazanmışdır.

# 1633 dəfə oxunub

Oxşar xəbərlər

Sənətkarlar parazitdir, şairləri şəhərdən qovun... - Dahi, yoxsa diktator?

Sənətkarlar parazitdir, şairləri şəhərdən qovun... - Dahi, yoxsa diktator?

15:00 1 fevral 2026
Ərindən bir köynək yaxınam sənə... - Firidun Ağazadənin yeni şeirləri

Ərindən bir köynək yaxınam sənə... - Firidun Ağazadənin yeni şeirləri

12:00 1 fevral 2026
"Mənə elə arvad verin ki... " – Çexov necə qadın istəyirdi?

"Mənə elə arvad verin ki... " – Çexov necə qadın istəyirdi?

15:00 29 yanvar 2026
Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

10:00 29 yanvar 2026
"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

16:30 28 yanvar 2026
"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

14:00 28 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər