“İpək yolu” jurnalının növbəti sayı çapdan çıxıb

“İpək yolu” jurnalının növbəti sayı çapdan çıxıb
21 oktyabr 2014
# 10:18

Azərbaycan-İtaliya və İtaliya-Azərbaycan assosiasiyalarının Azərbaycan və italyan dillərində nəşr olunan “Via della Seta” (İpək yolu) jurnalının 2-ci sayı çapdan çıxıb.

Qeyd edək ki, “Via della Seta” (İpək yolu) jurnalı Azərbaycan-İtaliya və İtaliya-Azərbaycan assosiasiyaları tərəfindən iki ölkə arasındakı əlaqələri genişləndirmək, Azərbaycanı İtaliyada, İtaliyanı isə Azərbaycanda daha yaxından tanıtmaq məqsədilə təsis olunub. Azərbaycan-İtaliya Assosiasiyasının rəhbəri millət vəkili Azər Kərimli, İtaliya-Azərbaycan Assosiasıyasının prezidenti isə Paola Casagrandedir.

Jurnalın 2-ci sayının hazırlanmasına Azərbaycandan millət vəkili Qüdrət Həsənquliyev, İtaliyadan isə Romolo Martelloni və Carlo Frappi dəstək veriblər.

Jurnalın tərtibatı italiyalı dizayner Paul Sassineyə məxsusdur.

Jurnalda Fiorello Provera, Umverto Griscioli, Aynur Camalqızı, Səxavət Həmid, Radu Moroca, İleana Saja, Stefano Muscaritolo, Emilia İbrahimova, Lucio Oerrone, Catia Castagna, Giuliano Bifoliçi, Marco Longano və Enrico Luzinin müxtəlif səpkili məqalələri və yazıları dərc olunub.

“Via della seta” (İpək yolu) jurnalınln bu dəfəki sayı Milli Məclisin deputatı, Azərbaycan-İtaliya Assosiasiyasının rəhbəri Azər Kərimlinin giriş söz ilə başlayır.

“Via della Seta”-nın 2-ci sayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri, Bakıda “Via della seta” (İpək yolu) jurnalının təqdimatı, Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycanın İtaliyadakı səfirliyinin gördüyü işlər barədə yazılar, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və Paşa Bankın İdarə Heyətinin sədri Fərid Axundovla müsahibələr, Azərbaycanın və İtaliyanın tirizm potensialı, iqtisadi imkanları və mədəniyyətləri barədə müxtəlif yazılar dərc olunub.

Jurnalın baş redaktoru Elçin Mirzəbəylidir.

# 2412 dəfə oxunub

Oxşar xəbərlər

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər