Asya Atakişiyeva Beynəlxalq Yay Teatr Məktəbində

Asya Atakişiyeva Beynəlxalq Yay Teatr Məktəbində
12 may 2016
# 16:35

Azərbaycan Dövlət Gənc Tamaşaçılar aktrisası Asya Atakişiyeva X Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcək. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbi iyun ayının 1-dən – 28-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutacaq.

Hər il dünyanın bir çox ölkəsindən olan 90-a yaxın peşəkar gəncin təlimi həyata keçirilən yay məktəbində bu dəfə də ABŞ, Böyük Britaniya, Almaniya, Azərbaycan, Fransa, Polşa və Rusiyanın 40 şəhəri də daxil olmaqla, ümumilikdə dünyanın 28 ölkəsindən 87 nümayəndənin iştirakı nəzərdə tutulur.

Layihənin təlim proqramında gündəlik təcrübə ilə bərabər tanınmış teatr xadimlərinin ustad dərsləri, treninqlər, Rusiya və digər xarici ölkə teatr xadimləri ilə yaradıcılıq görüşləri də təşkil ediləcək. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, RF-in Xalq Artisti Aleksandr Kalyagin, eləcə də, digər peşəkar rus teatr xadimlərinin rəhbərliyi ilə baş tutacaq. Təlim proqramı müddətində məşhur rus rejissorları gənc aktyorlarla kukla, plastik, küçə və iki dramatik tamaşa olmaqla ümumilikdə 5 səhnə əsəri hazırlayacaqlar.

Start götürdüyü gündən yaxşı mənada bir çox dəyişikliklərə məruz qalan, iştirakçı coğrafiyasını genişləndirən Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin əsas məqsədi dəyişməz olaraq qalıb. Məqsəd müxtəlif ölkə və kontinentlərdən olan ən yaxşı aktyorları bir yerə toplayaraq qarşılıqlı yaradıcılıq mübadilələri həyata keçirmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsinə nail olmaqla, peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir. 2007-ci ildən start götürən və bugünədək dünyanın 40-dan artıq ölkəsindən 900-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı və RF-in Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

# 2515 dəfə oxunub

Oxşar xəbərlər

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

18:25 22 iyun 2026
Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

17:35 19 iyun 2026
İnsan emosiyalarını kətana köçürən ustad rəssam

İnsan emosiyalarını kətana köçürən ustad rəssam

12:28 18 iyun 2026
"Yalan qulların və ağaların dini, həqiqət isə..." - Maksim Qorkidən aforizmlər

"Yalan qulların və ağaların dini, həqiqət isə..." - Maksim Qorkidən aforizmlər

10:00 18 iyun 2026
Yerusəlimdən İçərişəhərə - Azərbaycan kinosunun gizli qəhrəmanının heyrətamiz həyat hekayəsi

Yerusəlimdən İçərişəhərə - Azərbaycan kinosunun gizli qəhrəmanının heyrətamiz həyat hekayəsi

15:00 17 iyun 2026
Şekspir əsərində bəhs edirdi, Da Vinçi fanatı idi, Makiavelli oynayırdı - Kralların nifrət etdiyi futbol necə dünyanın ən çox sevilən oyununa çevrildi?

Şekspir əsərində bəhs edirdi, Da Vinçi fanatı idi, Makiavelli oynayırdı - Kralların nifrət etdiyi futbol necə dünyanın ən çox sevilən oyununa çevrildi?

12:00 17 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər