“Sərhədsiz teatr” festivalına yekun vurulub

“Sərhədsiz teatr” festivalına yekun vurulub
19 may 2018
# 21:42

Mayın 19-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Q.Q.Markesin əsəri əsasında səhnələşdirilən “Məsum Erendira” tamaşası nümayiş etdirilib. Kolumbiya teatrının aktyorlarının ifasında tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Bununla da “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalına yekun vurulub.

Qeyd edək ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.

Mayın 12-dən 19-dək davam edən festivalda ölkəmiz ilə yanaşı, İran, Gürcüstan, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri də iştirak ediblər.

Festival milli və beynəlxalq mərhələdə keçirilib. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatr kollektivi mayın 12-dən 18-dək respublikanın müxtəlif bölgələrində tamaşalar nümayiş etdirib. Bölgə tamaşaçıları respublikanın aparıcı teatr kollektivlərinin hazırladığı maraqlı səhnə əsərlərini izləmək imkanı qazanıblar.

Beynəlxalq proqram çərçivəsində tamaşalar mayın 17-dək Şəki şəhərində, bir tamaşa Lənkəranda, iki tamaşa isə Bakıda oynanılıb.

# 2434 dəfə oxunub

Oxşar xəbərlər

"Gələcəkdə hər kəs 15 dəqiqəliyinə məşhur olacaq..."  - Endi Vorhol kim idi?

"Gələcəkdə hər kəs 15 dəqiqəliyinə məşhur olacaq..." - Endi Vorhol kim idi?

16:30 6 avqust 2026
Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... -  Dieqo Velaskesin məşhur əsərləri

Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... - Dieqo Velaskesin məşhur əsərləri

15:45 6 avqust 2026
Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

17:10 5 avqust 2026
"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

15:20 5 avqust 2026
Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam  - İlya Repinin 3 məşhur əsəri

Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam - İlya Repinin 3 məşhur əsəri

14:40 5 avqust 2026
Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

17:38 3 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər