“İsanın əzabları” filminin davamı çəkilir

“İsanın əzabları” filminin davamı çəkilir
2 fevral 2018
# 10:22

Mel Gibsonun 2004-cü ildə ekranlara çıxan “İsanın əzabları” (The Passion of the Christ) filminin davamı olan “The Resurrection”un çəkilişləri davam edir.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə birinci filmdə olduğu kimi bu dəfə də rejissor kreslosunda Mel Gibson oturacaq.

Həzrəti İsa rolunda 49 yaşlı aktyor Jim Caviezeli görəcəyik.

“Cəsur ürək”in ssenaristi Randall Wallace da Gibsonla əməkdaşlıq edəcək.

Filmdə Həzrəti İsanın çarmıxa çəkilməsindən sonrakı müddətdən və yenidən dirilməsindən bəhs ediləcək.

Birinci film 30 milyon büdcə ilə 611 milyon dollar gəlir gətirmişdi. Təkcə Şimali Amerikada 371 milyon dollar gəlir gətirərək yaş məhdudiyyəti prinsipiylə ən çox kassa hasilatı olan film rekord qırmışdı.

Yeni filmin 2019-da ekranlara çıxması gözlənilir.

# 1493 dəfə oxunub

Oxşar xəbərlər

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Qəbulə xanım  Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

Qəbulə xanım Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

10:00 26 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər