Əsəd Cahangir: "Yuxuda gördüm ki, Ədalət ölüb"

Əsəd Cahangir: "Yuxuda gördüm ki, Ədalət ölüb"
1 oktyabr 2013
# 13:43

Yazıçılar Birliyinin mətbuat katibi, şair Ədalət Əsgəroğlunun vaxtsız ölümü hamını, xüsusilə də ədəbi mühiti sarsıtdı. Mərhumun qələm dostları isə onun ölümünə inanmaq istəmədiklərini deyir. Şair Səlim Babullaolğu AzNews.az-a açıqlamasında Yazıçılar Birliyinin bütün əziyyəti mərhum Ədalət Əsgəroğlunun çiyinlərində olduğunu dedi:

“Allah onun ailəsinə səbir versin. Çox gözəl şair idi. Yaxşı ədəbiyyat təşkilatçısı idi. Yazıçılar Birliyində mətbuat xidmətində işləyirdi. Birliyin bütün əziyyəti onun çiyinlərində idi. Ölüm haqdır, yeri cənnət olsun”.

Tənqidçi Əsəd Cahangir isə AzNews.az-a bu gecə yuxusunda Ə.Əsgəroğlunun öldüyünü, səhər isə yuxunun gerçək olduğunu eşidəndə dəhşətə gəlib: “Mən bu gecə Ədalət Əsgəroğlunu yuxuda gördüm. Gördüm ki, Ədalət ölüb, mən də onun barəsində nekroloq yazıram. Səhər ayılanda dayana bilmədim. Yaxın dostlarımdan birinə zəng vurdum. Dedi ki, Ədalət yoxdur, hələ də təəccüb içərisindəyəm. Ədalət Əsgəroğlu çox qəribə adam idi. İlk baxışdan emosional təsir bağışlayırdı. Amma o emosiya ani parlayıb və sönürdü. Yenə də adamlarla dostluq münasibətlərini davam etdirirdi. O, çox həssas adam idi. İşinin öhdəsindən layiqincə gələn adam idi. Ədəbi mühitdə baş verən bütün proseslərdən ilk o, xəbər tuturdu. Odun üstünə su tökürdü. Elə şairlər var ki, sözü özündən ağırdır. Eləsi də var ki, özü sözündən ağırdır. İdeal odur ki, sözü də özü də bərabər olsun. Ədalət də belələrindən idi. Onu Yazıçılar Birliyində ən son görən və onunla danışan da mən oldum. Sanki baxışlarında insanlarla halallaşmaq və vidalaşmaq əzabını gördüm. Elə bil dünyanı tərk edəcəyini bilirdi”.

# 3126 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Meşə adamı - Herman Hessenin hekayəsi

Meşə adamı - Herman Hessenin hekayəsi

14:00 31 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər