Eynşteynin ən məşhur fotolarının hekayəti

Eynşteynin ən məşhur fotolarının hekayəti
10 mart 2017
# 13:00

Kulis.az dahi fizik, bütün zamanların ən böyük intellektuallarından sayılan Albert Eynşetnin yaddaşlarda ən çox iz qoymuş fotolarını öz maraqlı hekayətləri ilə birlikdə təqdim edir.

ABŞ. 1933

ABD, 1933

ABŞ-ın məşhur Prinston Universitetində çəkilib. Qəlyanla poza verib. Səbəb: qəlyanı özünün mütəfəkkir imicinə yaraşan simvol hesab edirdi. Yəni, onu daha müdrik göstərdiyinə inanırdı. Bir neçə qəlyanı olub və indi onlar müxtəlif muzeylərdə saxlanılır.

Almaniya. 1931

Almanya, 1931

“Musiqisiz bur həyat düşünə bilmirəm. Həyatımın mənası musiqidir söyləyə bilərəm” – bu sözlər Albert Eynşteynə aiddir. Bu sözlərdən sonra onun musiqi sevgisi haqqında danışmağa ehtiyac yoxdur. Gözəl skripka çalırmış..

ABŞ. 1955

ABD, 1955

Həmişə sülhü dəstəklədi və bunun üçün nə mümkündürsə etdi. Həyatı boyu müxtəlif konfranslara qatıldı, məruzə etdi, bəşəriyyəti sülhə çağırdı. Bu foto da belə konfranslardan birində çəkilib. Hidrogen bombasının istifadəsinə qarşı təşkil olunan tədbirdə düşüncələrini bölüşür.

ABŞ. 1931

ABD, 1931

Bu foto Kaliforniyada çəkilib. O vaxtlar bir çox universitetlərdə master-klasslar keçən Eynşteyn bəzi mütəxəssislərin anlamağa çətinlik çəkdiyi tənliklərini yazı taxtasına yazaraq izah edir.

ABŞ. 1931

ABD, 1931

Fotodakı məşhurları tanıdınızmı? Eynşeyni bildik. O birilərini deyirik. Əlbəttə ki, Çarli Çaplini. Ona Çarlo deyənlər də var. Eynşteynlə çox yaxın dost idilər. Bu foto Çaplinin “Böyük şəhərin işıqları” filminin qalasında çəkilib.

ABŞ. 1951

ABD, 1951

Qəbul edək ki, əvvəldən hamı bu məşhur fotonu gözləyirdi. Əslində, belə də olmalıdır. Tarixdəki ən ironik fotolardan biridir. Eynşteynin özünün də ən çox sevdiyi fotolardandır və dostlarına təbrik açıqcaları göndərəndə bu fotonu yapışdırırmış üstünə. Sizcə də, 72-ci doğum günü qonaqlığında çəkilən bu foto gözəl deyilmi?

# 2648 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı damlar, rus qadının portreti – Məşhur rəssamın 5 əsəri

Qırmızı damlar, rus qadının portreti – Məşhur rəssamın 5 əsəri

19:00 27 iyul 2026
14 illik gizli eşq onu məhv etdi – Dahi şairin sirlərlə dolu həyatı

14 illik gizli eşq onu məhv etdi – Dahi şairin sirlərlə dolu həyatı

18:30 27 iyul 2026
Nobeli yatağında qazanan şair – O, niyə şeytana şeir həsr etmişdi?

Nobeli yatağında qazanan şair – O, niyə şeytana şeir həsr etmişdi?

18:00 27 iyul 2026
3 "Oskar" qazanan vətənsiz bəstəkar – O, özünü niyə “sürgündə” hesab edirdi?

3 "Oskar" qazanan vətənsiz bəstəkar – O, özünü niyə “sürgündə” hesab edirdi?

13:30 27 iyul 2026
Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

15:40 25 iyul 2026
Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

13:37 25 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər