Böyük rəssamın dəfn qalmaqalı davam edir

Böyük rəssamın dəfn qalmaqalı davam edir
13 iyun 2013
# 09:04

“Mən bir neçə gün öncə dəfn mərasiminin təşkili üçün hazırlıqlar görürdüm. İyun ayının 13-də Fransada dəfn olmalı idi. Azərbaycandan və dünyanın bir çox ölkələrindən Toğrulu sevənləri mərasimə dəvət etmişdim. Bu gün səhər mənə xəbər verdilər ki, Əsmər Nərimanbəyova məhkəməyə müraciət etdiyi üçün dəfn mərasimi təxirə salınıb”. Bu sözləri APA-ya açıqlamasında xalq rəssamı Toğrul Nərimanbəyovun ikinci həyat yoldaşı Sevil Nərimanbəyova deyib.

Sevil Nərimanbəyova Əsmər Nərimanbəyovanın atası ilə münasibətlərinin yaxşı olmadığını deyib: “Bütün onun haqqında çəkilən sənədli filmlərdə, verilişlərdə həmişə deyirdi ki, mənim bir oğlum var o da Fransua Mirtoğrul Nərimanbəyovdur. Qızı ilə münasibətləri isə mənə qədər artıq korlanmışdı. 1982-ci ildən qızıyla danışmırdı. 25 ildə bir dəfə də olsun qızına zəng etməyib. Cəmi beş dəfə təsadüfən tədbirlərdə görüşüblər. Əsmərin bir oğlu bir qızı var, Toğrul isə onları heç tanımırdı, bir dəfə də görməmişdi”.

S.Nərimanbəyova rəssamın Fransada dəfn olunmaq arzusunda olduğunu deyib: “Qızı mənim acığıma yalandan deyir ki, guya Toğrul vəsiyyət edib ki, onu Azərbaycanda dəfn etsinlər. O arzulayırdı ki, Fransada dəfn olunsun. Çünki qohumlarının əksəriyyəti burada yaşayır, hətta burada dəfn olunanları da var. Sağlığında xahiş etmişdi ki, onun üçün vəsiyyətnamə hazırlayım. Amma mən buna ürək etmədim. Əgər məhkəmə Toğrulun Azərbaycanda dəfn olunmasına qərar versə, pis olacağam. Hətta oğlum olmasaydı, intihar belə edərdim. Bir şeyi də qeyd edim ki, əgər dəfn mərasimi Azərbaycanda olarsa, ora gələ bilməyəcəyəm. Çünki qızından qorxuram. Məni dəfələrlə hədələyib. Bilsəydim qızı başıma belə oyun açacaq, ölüm xəbərini gizlədərdim”. Rəssamın xanımı qeyd edib ki, məhkəmə prosesi sabah səhər saatlarında keçiriləcək.

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov APA-ya açıqlamasında sabah Fransaya getmək üçün aldığı bileti geri qaytardığını deyib: “Mənə deyilmişdi ki, dəfn mərasimi sabah Fransada olacaq. Mən də bilet almışdım. Günorta saatlarında mərasimin təxirə salındığını öyrəndim və bileti geri qaytardım”.

# 3977 dəfə oxunub

Oxşar xəbərlər

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər