Elçinin 70 illik yubileyi qeyd edilib

Elçinin 70 illik yubileyi qeyd edilib
12 iyun 2013
# 12:01

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə xalq yazıçısı, professor Elçin Əfəndiyevin 70 illik yubileyi qeyd olunub.

Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Ədəbiyyat İnstitutunun direktor vəzifələrini icra edən Teymur Kərimi bildirib ki, Azərbaycan ədəbi-ictimai fikir tarixində Elçinin mühüm yeri var: “Elçin ədəbiyyata 60-ci illərdə gəlib. Bu nəsil bizim ədəbiyyatımıza yeni janrlar , nəfəs, qəhrəmanlar gətirdi. Onun hekayələri, romanları, kino-povestləri, dramaturgiyası bizim ədəbiyyatımızı dünya ədəbiyyatına tanıdıb. Bu gün bizim ədəbi-ictimai fikrimizdə, tənqidimizdə, teatrımızda Elçinin xətti ilə böyük məktəblər var. Artıq Azərbaycanda Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, İlyas Əfəndiyev teatrı olduğu kimi, Elçin teatrı da formalaşıb”.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli də Elçinə yaradıcılığında və şəxsi həyatında uğurlar arzu edib: “Görkəmli yazıçı, tənqidçi, ictimai xadim kimi qəbul edilən Elçin Əfəndiyevin yaradıcılığı onun fəaliyyətinin onurğa sütunudur”.

Elçin Əfəndiyev isə çıxış edərək Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirin çox xoş olduğunu deyib: “Mənim həyatımın, gənclik çağlarımın ilk on ili məhz bu institutla bağlıdır. Mən burada aspirant, Nəzəriyyə şöbəsində kiçik elmi işçi, böyük elmi işçi olmuşam. Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, onun nəzəri bazasının möhkəmlənməsində, genişlənməsində, ədəbi tənqidinin inkişafında bu institut böyük rol oynayıb. Unudulmaz Məmməd Arif, Məmmədcəfər Cəfərov, Məmmədhüseyn Təhmasib, Məsud Əlioğlu, Bəkir Nəbiyev məhz burada işləyib. Mən bu saat sizin qarşınızda onların ruhunu yad edirəm. Onların qoyduğu ənənə bu gün də davam edir”.

# 3250 dəfə oxunub

Oxşar xəbərlər

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

18:25 22 iyun 2026
Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

17:35 19 iyun 2026
İnsan emosiyalarını kətana köçürən ustad rəssam

İnsan emosiyalarını kətana köçürən ustad rəssam

12:28 18 iyun 2026
"Yalan qulların və ağaların dini, həqiqət isə..." - Maksim Qorkidən aforizmlər

"Yalan qulların və ağaların dini, həqiqət isə..." - Maksim Qorkidən aforizmlər

10:00 18 iyun 2026
Yerusəlimdən İçərişəhərə - Azərbaycan kinosunun gizli qəhrəmanının heyrətamiz həyat hekayəsi

Yerusəlimdən İçərişəhərə - Azərbaycan kinosunun gizli qəhrəmanının heyrətamiz həyat hekayəsi

15:00 17 iyun 2026
Şekspir əsərində bəhs edirdi, Da Vinçi fanatı idi, Makiavelli oynayırdı - Kralların nifrət etdiyi futbol necə dünyanın ən çox sevilən oyununa çevrildi?

Şekspir əsərində bəhs edirdi, Da Vinçi fanatı idi, Makiavelli oynayırdı - Kralların nifrət etdiyi futbol necə dünyanın ən çox sevilən oyununa çevrildi?

12:00 17 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər