Seks başlıqlı yazılar niyə çox oxunur?

Seks başlıqlı yazılar niyə çox oxunur?
3 iyun 2013
# 07:45

İnternet saytlarına, xəbər portallarına girəndə qarşımıza tez-tez içində seks sözü olan başlıqlar, kiminsə açıq-saçıq şəkilləri çıxır. Əksəriyyət o saytları qınasa da, danılmaz fakt budur ki, bu tip yazılar digərlərindən qat-qat çox oxunur. Bəs bunun səbəbi nədir? Axı niyə media hansısa yazının daha çox oxunması üçün ona “seksual başlıq” seçir?

Bu sualı türk köşə yazarı Sərdar Turqut araşdırıb və hər şeyin beynimizlə bağlı olduğunu ortaya çıxarıb:

“İnsan beyni çox möcüzəvi və mürəkkəb orqandır. Bu mürəkkəb orqanın işləmə mexanizmini başa düşmək üçün məsələləri bir az sadələşdirmək lazımdır. Sadələşdirəndə isə “Bizim əslində üç beynimiz var” nəticəsinə gəlirik.

Köhnə beyin – kəllə sümüyünün arxa tərəfindəki bölümdür; hərəkətlərimizə nəzarət edir, mövcudluğumuz və yaşamağımızla birbaşa bağlıdır. Əsas qərarları verir və digər iki beyindən gələn məlumatları toplayır.

Orta beyin – hisslərlə bağlı bölümdür; intuisiya və hislərə nəzarət edir.

Yeni beyin – alnımıza yaxın bölümdür; rasional məlumatları işləyir, rasional düşüncə buradan idarə olunur.

Son araşdırmalar göstərir ki, beynimizə saniyədə 11 milyon informasiya daxil olur. Beynimiz bunların ancaq 40 ədədini istifadə edir. Qalan informasiya isə köhnə beyindəki şüurxarici bölümə yönəlir. Bu, Freydin şüuraltı anlayışından fərqlidir. Şüurxarici yaşamaq üçün avtomatik etdiyimiz işlərdən ibarətdir.

Media nəzəriyyəsi üzərində işləyənlər, xüsusilə internet vasitəsilə uğur qazanmaq istəyənlərə üç beyin bölümünə də xitab edən tədbirlər görməyi məsləhət görürlər. Onlar əsasən köhnə beyinə xitab etməyi bacarmalıdırlar. Adından da göründüyü kimi bu bölüm ən birinci inkişaf edən və genetik kodların toplandığı bölümdür.

Yəni təkamül nəzəriyyəsini də nəzərə alsaq, biz vizual məlumatları oxuyaraq əldə edilən məlumatlardan daha tez öyrənirik. İnsan beyni 2500 fotonu uzun müddətdən sonra 90 faiz dəqiqliklə xatırlayır. Eşitdiyimiz, yaxud oxuduğumuz şeylərin bir il sonra ancaq 10 faizini xatırladığımız halda, gördüyümüz bir şəkli bir il sonra 63 faiz xatırlaya bilirik.

Demək, beynin vizual (əyani) bölümünə xitab etmək internet-media sahəsindəki “uğurun əsas açarı”dır.

Araşdırmalar onu da deməyə imkan verir ki, bir müddətdən sonra foto paylaşma şəbəkəsi “Instagram” və video paylaşma şəbəkəsi “Youtube” digər sosial şəbəkələri qat-qat üstələyəcək.

Seks

Köhnə beyin mövcudluğumuz və yaşamağımızla bağlı olduğu üçün seks həmişə ən təsirli vasitə olacaq. Saytlarda istifadə etdiyimiz seksual motivli və ya erotik şəkillər beynin demək olar ki avtomatik diqqətini çəkir.

Yemək şəkilləri

Yemək şəkilləri də köhnə beyninin diqqətini avtomatik çəkənlərdəndir. Sırf bu səbəbdən “New York Times” qəzetinin saytındakı yemək şəkilləri, slayd şouları böyük maraq yaradır və sayta çox sayda oxucu gətirir.

Mənbə: “Habertürk”

# 5675 dəfə oxunub

Oxşar xəbərlər

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

17:00 10 sentyabr 2026
Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

13:30 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər